Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyanın 4 ən məşhur fotoqrafı Şuşaya səfər edəcək - FOTO

fotoqraf - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq.
BAKI, 5 aprel — Sputnik. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Four seasons of Shusha" adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, layihə haqqında mətbuat nümayəndələrinə məlumat verən Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq.
Şöbə müdiri Nərgiz Abdullayeva bildirib ki, layihədə dünyanın ən məşhur fotoqrafları iştirak edəcək. Fotoqraflar Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadandır. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə birgə təşkil edilib. Layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək: "Fotoqraf Şuşada bir neçə gün qalacaq və məkana ekskursiya təşkil ediləcək. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənir. Məqsədimiz Şuşanın təbliğidir".
Nərgiz Abdullayeva bildirir ki, 4 müxtəlif ölkədən - Almaniyadan (Hannes Bekker), İsveçrədən (Reto Quntli), Finlandiyadan (Tiina Itkonen) və Türkiyədən (Hüseyn Daşqın) iştirak edəcəklər. İlk fotoqraf Türkiyədən dəvət olunacaq. Türkiyədən olan fotoqraf Hüseyn Daşqın Şuşanın yaz fəslini lentə alacaq.
Daha sonra layihənin kuratoru Anqelo Bukarelli layihə haqqında ətraflı məlumat verib. Anqelo Bukarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq. Dünyanın bir çox ölklərində kuratorluq edən Bukarelli bildirib ki, fotoqraflar müxtəlif ölkələrdən olduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər sezon üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək: "Daha sonra Bakıdan başlayaraq və dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır".
Kurator bildirir ki, həmin fotoqraflar buradakı fotoqraflara master klass keçəcəklər. Onlar öz təcrübələrini bölüşəcəklər. Toplanan fotolar kataloq şəklində kitabda dərc olunacaq. Daha sonra gəzən sərgi təşkil olunacaq. Öncə Bakıdan başlanacaq. Sonra həmin fotolar həmin fotoqrafların ölkələrində nümayiş olunacaq. Daha sonra bu fotolar onlayn formada təqdim olunacaq. Həmin fotoqrafların hər biri dünyada tanınır. Onlar təsadüfən seçilməyiblər. Onların əsərlərinə baxılıb. Hansı fotoqraf hansı fəsili daha uğurlu işləyirsə, həmin fotoqrafı o fəsilə yönəltmişik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0