https://sputnik.az/20220405/buraxilis-imtahanlarindan-narazilara-sans-verildi-440812937.html
Buraxılış imtahanlarından narazılara şans verildi
Buraxılış imtahanlarından narazılara şans verildi
Sputnik Azərbaycan
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T12:03+0400
2022-04-05T12:03+0400
2022-04-05T12:03+0400
imtahan
cəmiyyət
dim
nəticə
imtahanların nəticələri
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_0:160:3073:1888_1920x0_80_0_0_ae7d4c363433d0e94e68ecad801b1d88.jpg
BAKI, 5 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra məlum olub ki, xeyli abituriyent aldığı qiymətlərdən narazıdır.Sputnik Azərbaycan-ın məlumatına görə, narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər.Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub.Nəticələrdən narazı olan şagirdlər aprelin 4-dən başlayaraq apellyasiya şikayəti verirlər.Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilirlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.DİM bildirib ki, elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün səhərə olan məlumata görə, 2483 şagird apellyasiya şikayəti verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_170:0:2901:2048_1920x0_80_0_0_22eb2d761b8abd7d33321a6872550e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, dim, nəticə, imtahanların nəticələri
imtahan, dim, nəticə, imtahanların nəticələri
Buraxılış imtahanlarından narazılara şans verildi
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
BAKI, 5 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra məlum olub ki, xeyli abituriyent aldığı qiymətlərdən narazıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub.
Nəticələrdən narazı olan şagirdlər aprelin 4-dən başlayaraq apellyasiya şikayəti verirlər.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilirlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
DİM bildirib ki, elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün səhərə olan məlumata görə, 2483 şagird apellyasiya şikayəti verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.