Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda güclü külək 9 nəfəri xəstəxanalıq edib

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Yaralılar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar
BAKI, 5 aprel — Sputnik. Ötən gün Bakıda müşahidə edilən güclü küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Rəsmi məlumata görə, yaralılar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:
"Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan olub".
Xatırladaq ki, Bakıda güclü külək yük avtomobilini də aşırıb. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Güclü külək nəticəsində yük maşını yolun hərəkət hissəsinə aşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mingəçevirdə küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 28.03.2022
HADİSƏ
Mingəçevirdə külək ciddi fəsadlar törətdi
Xəbər lenti
0