Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakı-Quba yolu ilə bağlı problemə aydınlıq gətirildi

© Azerbaijan Highway State AgencyBakı-Quba yolu
Bakı-Quba yolu - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Rusiya sərhədinə doğru yol çəkilir. Bu yolun tikintisini ilin sonunadək yekunlaşması nəzərdə tutulur.
BAKI, 5 aprel — Sputnik. Azərbaycan hökumətinin hesabatı parlamentdə müzakirə olunarkən Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra görüşüb. O sakinlərin bu yoldan istifadə edə bilməməsi ilə bağlı narahatlığı dilə gətirib, bildirib ki, bu yola alternativ, pullu yol çəkilir.
Millət vəkilinin dilə gətirdiyi problemlə bağlı "Azərbaycan Avtomobil Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusən Qubadan Bakıya qayıdan yolda problemlər var, müəyyən hissələrdə yol yararsız hala düşüb: "Həmin yol beton yoludur, hazrda 14 kilometrlik hissədə müəyyən təmir işləri aparılır. Müvəqqəti olaraq oradakı vəziyyətə köməklik göstəririk. Lakin yol əsaslı şəkildə yenidən qurulmalıdır. Bununla bağlı olaraq aidiyyəti üzrə məlumat verilib, vəsait ayrıldıqca bu işlərin həyata keçirilməsi nəzərdə tutulur".
"Rusiya sərhədinə doğru yol çəkilir. Bu yolun tikintisini ilin sonunadək yekunlaşması nəzərdə tutulur. O yolun inşaası yekunlaşdıqdan sonra hərəkət intensivliyi bir yoldan digərinə keçəcək. Hissə-hissə sözügedən beton yolda da əsaslı işlərin görülməsinə şərait yaranacaq", - deyə qurumdan verilən məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0