https://sputnik.az/20220405/azerbaycanda-taxil-bicinine-ne-vaxt-start-verilecek-440783397.html
Azərbaycanda taxıl biçininə nə vaxt start veriləcək
Azərbaycanda taxıl biçininə nə vaxt start veriləcək
Sputnik Azərbaycan
Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir. Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir... 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T07:35+0400
2022-04-05T07:35+0400
2022-04-05T07:35+0400
taxıl
iqtisadiyyat
məhsul
may
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42207/82/422078289_0:0:3073:1728_1920x0_80_0_0_27096fe25ffc8327aea152b3705e7a27.jpg
BAKI, 5 aprel — Sputnik. Mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə start veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev deyib.Onun sözlərinə görə, hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir: "Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidirlər".O bildirib ki, hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur:"Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur".Qeyd edək ki, 2021-ci ildə buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.2021-ci ildə buğda istehsalı 2015-ci ilə nəzərən isə 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub. Buğdanın məhsuldarlığı 2021-ci ildə 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.2021-ci ildə arpanın əkin sahəsi 2015-ci ilə nisbətən 3.5%, 2020-ci ilə nisbətən isə 8.3% artaraq 373.7 min hektar olub. 2021-ci ildə arpa istehsalı 2015-ci ilə nisbətən 7.8%, 2020-ci ilə nisbətən isə 12.4% artaraq 1.15 milyon ton olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220331/azerbaycandan-erzagin-cixarilmasi-tenzimlenecek---serh-440655747.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/82/422078289_0:0:2731:2048_1920x0_80_0_0_e1eda037002cdc5a0361902d1011fca1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taxıl, məhsul, may, kənd təsərrüfatı nazirliyi
taxıl, məhsul, may, kənd təsərrüfatı nazirliyi
Azərbaycanda taxıl biçininə nə vaxt start veriləcək
Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir. Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir.
BAKI, 5 aprel — Sputnik. Mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə start veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev deyib.
Onun sözlərinə görə, hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir: "Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidirlər".
O bildirib ki, hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur:
"Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur".
Qeyd edək ki, 2021-ci ildə buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.
2021-ci ildə buğda istehsalı 2015-ci ilə nəzərən isə 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub. Buğdanın məhsuldarlığı 2021-ci ildə 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.
2021-ci ildə arpanın əkin sahəsi 2015-ci ilə nisbətən 3.5%, 2020-ci ilə nisbətən isə 8.3% artaraq 373.7 min hektar olub. 2021-ci ildə arpa istehsalı 2015-ci ilə nisbətən 7.8%, 2020-ci ilə nisbətən isə 12.4% artaraq 1.15 milyon ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.