https://sputnik.az/20220405/azerbaycanda-belediyyelerin-sayi-coxdur---deputat-440828324.html
Azərbaycanda bələdiyyələrin sayı çoxdur - Deputat
Azərbaycanda bələdiyyələrin sayı çoxdur - Deputat
Sputnik Azərbaycan
Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T17:25+0400
2022-04-05T17:25+0400
2022-04-05T17:29+0400
azərbaycan
cəmiyyət
milli məclis
vüqar bayramov
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 5 aprel — Sputnik. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zaman deyib.Deputat qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub: "Bu isə ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var".Millət vəkili vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədə uyğun olardı: "Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir".Parlament bələdiyyələrin fəaliyyətinə dair illik məruzəni qəbul edibQeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" qəbul edilib. Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub.V.Zahirov diqqətə çatdırıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb. Sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin əlaqələndirmə şuralarının feysbuk səhifəsi yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, milli məclis, vüqar bayramov
azərbaycan, milli məclis, vüqar bayramov
Azərbaycanda bələdiyyələrin sayı çoxdur - Deputat
17:25 05.04.2022 (Yenilənib: 17:29 05.04.2022) Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.
BAKI, 5 aprel — Sputnik. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zaman deyib.
Deputat qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub: "Bu isə ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var".
Millət vəkili vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədə uyğun olardı: "Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir".
Parlament bələdiyyələrin fəaliyyətinə dair illik məruzəni qəbul edib
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" qəbul edilib. Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub.
V.Zahirov diqqətə çatdırıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.
Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb. Sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin əlaqələndirmə şuralarının feysbuk səhifəsi yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.