Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sərhədlərin bağlı qalması turizmə necə təsir ediR?

© State Border Service of Azerbaijan RepublicQırmızı körpü gömrük-keçid məntəqəsi
Qırmızı körpü gömrük-keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Ekspert bildirib ki, tur şirkətləri Rusiyadan hər mövsüm Azərbaycana çoxlu sayda turist gətirirdi.
BAKI, 4 aprel — Sputnik. Turizm mövsümünün başlanılmasına az qalsa da, quru sərhədlərin hələ də bağlı qalması gəlmə turizmə əsas maneə kimi qiymətləndirilir.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tur şirkətləri Rusiyadan hər mövsüm Azərbaycana çoxlu sayda turist gətirirdi.
Ekspertin qənaətinə görə, quru sərhədlərin bağlı qalması onların bu imkanını məhdudlaşdırıb:
"Hava yolları açıq olsa da, azbüdcəli turistlərin çoxu quru yolla gəlməyə üstünlük verir. Üstəlik təyyarə ilə 150 nəfər gələ bilirsə, avtobuslarla çox sayda turistin gəlməsi mümkündür. Quru yolla yol xərci də ucuz başa gəlir".
G.Qəhrəmanov yay aylarına quru sərhdələrin açılacağına inamın olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0