https://sputnik.az/20220404/rusiya-bucadaki-texribata-gore-bmt-ts-nin-iclasinin-kecirilmesini-israr-edecek-440794204.html
Rusiya Buçadakı təxribata görə BMT TŞ-nin iclasının keçirilməsində israr edəcək
Rusiya Buçadakı təxribata görə BMT TŞ-nin iclasının keçirilməsində israr edəcək
Sputnik Azərbaycan
Böyük Britaniya çərşənbə axşamı Ukrayna mövzuları üzrə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib, lakin mövzu hələ rəsmi olaraq təsdiq edilməyib. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T19:25+0400
2022-04-04T19:25+0400
2022-04-04T19:30+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
təxribat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_167:319:3085:1961_1920x0_80_0_0_106233cb7d9e913df8f67314f0683c32.jpg
BAKI, 4 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyinin təxribat adlandırdığı Buça hadisələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının Rusiya tərəfinin istəyi ilə bazar ertəsi günü keçirilməsini tələb edəcək. Bu barədə Rusiya Federasiyasının BMT nəzdindəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb.Bundan əvvəl Rusiya Federasiyası bazar ertəsi iclas keçirilməsini tələb edib. London isə BMT Təhlükəsizlik Şurasının sədri kimi aprel ayında bu tədbirə razılıq verməmişdi.“Anladığımız kimi, britaniyalı həmkarlarımızın əsas vəzifəsi əsassız prosessual bəhanələrlə Ukrayna ilə bağlı çərşənbə axşamına planlaşdırılan daha geniş mövzuda növbəti görüş zamanı xahişimizi ləğv etməkdir”, - deyə Polyanski yazıb.Qeyd edək ki, Böyük Britaniya çərşənbə axşamı Ukrayna mövzuları üzrə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib, lakin mövzu hələ rəsmi olaraq təsdiq edilməyib."Onlar açıq-aydın istəyirlər ki, bu məsələni (Buçadakı təxribatları - red.) ayrıca qaldırmayaq, bu isə artıq Rusiyanı Buçada dinc sakinləri öldürməkdə ittiham edən Qərb ölkələrinin reputasiyasına xələl gətirəcək. Bu, heç bir nəticə verməyəcək və dünya bunu bilməlidir. Biz tələb etdiyimiz kimi iclasın bazar ertəsi günü keçirilməsini israr edəcəyik”, - deyə Polyanski vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220404/bu-texribatlar-beynelxalq-sulhe-birbasa-tehdiddir---lavrov-440788491.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_359:0:3090:2048_1920x0_80_0_0_03dfff6c091b2f7bc7ef2ff36704cb8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, təxribat, ukrayna
rusiya, təxribat, ukrayna
Rusiya Buçadakı təxribata görə BMT TŞ-nin iclasının keçirilməsində israr edəcək
19:25 04.04.2022 (Yenilənib: 19:30 04.04.2022) Böyük Britaniya çərşənbə axşamı Ukrayna mövzuları üzrə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib, lakin mövzu hələ rəsmi olaraq təsdiq edilməyib.
BAKI, 4 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyinin təxribat adlandırdığı Buça hadisələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının Rusiya tərəfinin istəyi ilə bazar ertəsi günü keçirilməsini tələb edəcək. Bu barədə Rusiya Federasiyasının BMT nəzdindəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb.
Bundan əvvəl Rusiya Federasiyası bazar ertəsi iclas keçirilməsini tələb edib. London isə BMT Təhlükəsizlik Şurasının sədri kimi aprel ayında bu tədbirə razılıq verməmişdi.
“Anladığımız kimi, britaniyalı həmkarlarımızın əsas vəzifəsi əsassız prosessual bəhanələrlə Ukrayna ilə bağlı çərşənbə axşamına planlaşdırılan daha geniş mövzuda növbəti görüş zamanı xahişimizi ləğv etməkdir”, - deyə Polyanski yazıb.
Qeyd edək ki, Böyük Britaniya çərşənbə axşamı Ukrayna mövzuları üzrə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib, lakin mövzu hələ rəsmi olaraq təsdiq edilməyib.
"Onlar açıq-aydın istəyirlər ki, bu məsələni (Buçadakı təxribatları - red.) ayrıca qaldırmayaq, bu isə artıq Rusiyanı Buçada dinc sakinləri öldürməkdə ittiham edən Qərb ölkələrinin reputasiyasına xələl gətirəcək. Bu, heç bir nəticə verməyəcək və dünya bunu bilməlidir. Biz tələb etdiyimiz kimi iclasın bazar ertəsi günü keçirilməsini israr edəcəyik”, - deyə Polyanski vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.