https://sputnik.az/20220404/bu-texribatlar-beynelxalq-sulhe-birbasa-tehdiddir---lavrov-440788491.html
Buçada tamaşa təşkil olunub, bütün materiallar təxribat xarakterlidir - Lavrov
Buçada tamaşa təşkil olunub, bütün materiallar təxribat xarakterlidir - Lavrov
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada humanitar məsələləri siyasiləşdirmək və hətta spekulyasiya etmək cəhdləri dayanmır. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T16:02+0400
2022-04-04T16:02+0400
2022-04-04T16:14+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya silahlı qüvvələri
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440784258_0:0:3111:1750_1920x0_80_0_0_4a943d111289f883259d1faf7e1cc884.jpg
BAKI, 4 aprel — Sputnik. Ukraynada humanitar məsələləri siyasiləşdirmək və hətta spekulyasiya etmək cəhdləri dayanmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündə deyib."Biz konkret bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etdik. Çünki biz bu cür təxribatları beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid kimi görürük. Buça ətrafında yaranmış vəziyyət növbəti saxtakarlıq hücumudur və orada tamaşa təşkil olunub", - deyə Lavrov bildirib.Bundan əvvəl, Ukrayna hakimiyyəti və KİV-i Kiyev vilayətinin Buça şəhərində yolda cəsədlərin çəkildiyi iddia edilən videonu yayıb. Bir çox istifadəçilər Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşıb, qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan olmayıb, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəsi tərəfindən öldürülə bilərdilər. Həmçinin istifadəçilər "ölülərin" əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsünə baxanda belə görünür ki, "ölü"lərdən biri avtomobil keçən kimi mövqeyini dəyişir.Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa "cinayətlər"inə sübut olan bütün fotoşəkillər və video materiallar "növbəti təxribatdır".Hərbi idarədə qeyd olunduğu kimi, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib. Nazirlik qeyd edib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib və şimal istiqamətində şəhərdən çıxışlar bağlanmayıb, cənub kənarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan - tanklar və çoxlu raket sistemləri ilə atəşə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440784258_0:0:2731:2048_1920x0_80_0_0_7eba6acd9d758f0646aceef3b61e5a71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya silahlı qüvvələri, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
rusiya silahlı qüvvələri, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
Buçada tamaşa təşkil olunub, bütün materiallar təxribat xarakterlidir - Lavrov
16:02 04.04.2022 (Yenilənib: 16:14 04.04.2022) Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada humanitar məsələləri siyasiləşdirmək və hətta spekulyasiya etmək cəhdləri dayanmır.
BAKI, 4 aprel — Sputnik. Ukraynada humanitar məsələləri siyasiləşdirmək və hətta spekulyasiya etmək cəhdləri dayanmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündə deyib.
"Biz konkret bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etdik. Çünki biz bu cür təxribatları beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid kimi görürük. Buça ətrafında yaranmış vəziyyət növbəti saxtakarlıq hücumudur və orada tamaşa təşkil olunub", - deyə Lavrov bildirib.
Bundan əvvəl, Ukrayna hakimiyyəti və KİV-i Kiyev vilayətinin Buça şəhərində yolda cəsədlərin çəkildiyi iddia edilən videonu yayıb. Bir çox istifadəçilər Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşıb, qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan olmayıb, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəsi tərəfindən öldürülə bilərdilər. Həmçinin istifadəçilər "ölülərin" əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsünə baxanda belə görünür ki, "ölü"lərdən biri avtomobil keçən kimi mövqeyini dəyişir.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa "cinayətlər"inə sübut olan bütün fotoşəkillər və video materiallar "növbəti təxribatdır".
Hərbi idarədə qeyd olunduğu kimi, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib. Nazirlik qeyd edib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib və şimal istiqamətində şəhərdən çıxışlar bağlanmayıb, cənub kənarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan - tanklar və çoxlu raket sistemləri ilə atəşə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.