Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qızılın qiymətində hansı dəyişiklik gözlənilir?

© AFP 2024 / FRANK RUMPENHORSTQızıl külçələri, arxiv şəkli
Qızıl külçələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.
BAKI, 4 aprel — Sputnik. ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər.
Sputnik Azərbaycan birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın iyun fyuçersləri 0,3%, yaxud 5,8 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,17% artaraq, 1 unsiyası 24,695 ABŞ dolları təşkil edib.
ABŞ-ın 10 illik "US Treasuries" istiqrazlarının gəlirliliyi 2,375%-dən 2,414% səviyyəsinədək artıb.
Bundan başqa, ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, fevral ayında 3,8% təşkil etmiş işsizlik səviyyəsi mart ayında 3,6%-ə düşüb. Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.
Xatırladaq ki, martın 31-də səhər saatlarında qızılın qiyməti bir gün əvvəl 1% bahalaşdıqdan sonra korreksiyanın bir hissəsi olaraq enir. Nyu-York "Comex" birjasında qızılın aprel fyuçerslərinin qiyməti 12,3 dollar və ya 0,64% ucuzlaşaraq 1 troya unsiyası üçün 1921,2 dollar təşkil edib. Gümüşün may fyuçersləri 1,58% ucuzlaşaraq bir unsiya üçün 24,712 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0