https://sputnik.az/20220404/hacibeyovlar-neslinin-layiqli-davamcisi-hem-de-idmanci-olub---foto-440789313.html
Hacıbəyovlar nəslinin layiqli davamçısı həm də idmançı olub? - FOTO
Hacıbəyovlar nəslinin layiqli davamçısı həm də idmançı olub? - FOTO
Sputnik Azərbaycan
Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika... 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T22:58+0400
2022-04-04T22:58+0400
2022-04-04T23:00+0400
niyazi
mədəniyyət
ağır atletika
rekord
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440789281_0:514:1926:1597_1920x0_80_0_0_c4c3a684821b67cbc63837d58e1617bc.jpg
BAKI, 4 aprel — Sputnik. Maestro Niyazi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti, çempion və rekordçu olub. Sputnik Azərbaycan Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib.Onun sözlərinə görə, məşhur dirijor və bəstəkarımız Maestro Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub:"O, "Dinamo" cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib. Sonradan Konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə AAAF prezidentidir) vəzifəsində çalışıb.Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib. Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib".Təqdim etdiyimiz şəkillərdən birində 1929-cu ildə ağırlıqqaldırma idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, ikinci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri görünür.Məlumat üçün bildirək ki, Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib.Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210918/Kosmosda-da-sslnir-Azrbaycann-n-gzl-musiqi-paralarndan-semlr-427952910.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440789281_0:17:1926:1462_1920x0_80_0_0_e67d397712d6bcf3b236f0e3ba090594.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
niyazi, ağır atletika, rekord
niyazi, ağır atletika, rekord
Hacıbəyovlar nəslinin layiqli davamçısı həm də idmançı olub? - FOTO
22:58 04.04.2022 (Yenilənib: 23:00 04.04.2022) Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə AAAF prezidentidir) vəzifəsində çalışıb.
BAKI, 4 aprel — Sputnik. Maestro Niyazi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti, çempion və rekordçu olub. Sputnik Azərbaycan Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib.
Onun sözlərinə görə, məşhur dirijor və bəstəkarımız Maestro Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub:
"O, "Dinamo" cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib. Sonradan Konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.
Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə AAAF prezidentidir) vəzifəsində çalışıb.
Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib. Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib".
Təqdim etdiyimiz şəkillərdən birində 1929-cu ildə ağırlıqqaldırma idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, ikinci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri görünür.
Məlumat üçün bildirək ki, Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib.
Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.