https://sputnik.az/20220404/bazar-ertesi-gunun-sonuna-birjalarda-veziyyet---neft-ve-rubl-artima-kecib-440801579.html
Bazar ertəsi günün sonuna birjalarda vəziyyət - neft və rubl artıma keçib
Bazar ertəsi günün sonuna birjalarda vəziyyət - neft və rubl artıma keçib
Sputnik Azərbaycan
Neftin qiymətlərinin dinamikasına ABŞ-ın altı ay ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft çıxarması ilə bağlı son açıqlaması təsir edir. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T20:59+0400
2022-04-04T20:59+0400
2022-04-04T20:59+0400
dünya xəbərləri
neft
rubl
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440529032_0:117:3224:1931_1920x0_80_0_0_90b094ef1646bfbe6bd78febb6aee9ed.jpg
BAKI, 4 aprel - Sputnik. Neft qiymətləri ötən həftənin yekunlarından sonra demək olar ki, 2 ilin ən böyük enişindən sonra aprelin 4-də ticarətin bağlanışında daha intensiv artıma keçib.Belə ki, aprelin 4-ü Bakı vaxtı ilə saat 17:55-ə Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 3,46% artaraq bir barel üçün 108,0 dollar təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 4,17% artaraq 1 barelə görə 103,40 dollar təşkil edib.Aprelin 4-də neftin qiymətinin dinamikasına ABŞ-ın 6 ay ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft buraxması ilə bağlı son açıqlaması təsir göstərir ki, bu da bazarda xammal qıtlığı qorxusunu azaldır.Treyderlər də Ukrayna ətrafında inkişaf edən vəziyyəti izləyirlər. Hərbi xüsusi əməliyyatın gedişi ilə bağlı yeni xəbərlər ABŞ və Avropa İttifaqı tərəfindən anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi qorxusuna səbəb olub.Bundan əlavə, dolların möhkəmlənməsi də təzyiq yaradır. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,18% artaraq 98,81 bənd təşkil edir. Bahalı dollar əmtəələri digər valyutalara sahib olan investorlar üçün daha az əlçatan edir.Rubl bahalaşmaqda davam edir Moskva birjasının məlumatlarından belə çıxır ki, cümə günü artımın dayandırılmasından sonra rubl yüksək sanksiyalara və geosiyasi risklərə baxmayaraq, dollar və avroya qarşı möhkəmlənməkdə davam edir.“Sabah” nəzərə alınmaqla hesablaşmalar üzrə dolların məzənnəsi Bakı vaxtı ilə saat 16.55-də 60 qəpik azalaraq 83,35 rubl, avro 1,62 rubl azalaraq 91,37 rubl təşkil edib.Geosiyasi vəziyyətin pisləşməsinə, o cümlədən Qərbdən gələn yeni sanksiya təhdidlərinə baxmayaraq, rubl aktivləri nisbi sabitlik nümayiş etdirir.Bazar ertəsi gün ərzində manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsi də aprelin 1-də olan 0,0208 rubla qarşı 0,0199 rubla düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220331/azeri-light-bahalasib---opec-bazardaki-volatilliyi-sakitlesdire-bilecekmi-440654966.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440529032_248:0:2977:2047_1920x0_80_0_0_c550da132d89e920fd2c6c0b86795958.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, rubl, qiymət
Bazar ertəsi günün sonuna birjalarda vəziyyət - neft və rubl artıma keçib
Neftin qiymətlərinin dinamikasına ABŞ-ın altı ay ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft çıxarması ilə bağlı son açıqlaması təsir edir.
BAKI, 4 aprel - Sputnik. Neft qiymətləri ötən həftənin yekunlarından sonra demək olar ki, 2 ilin ən böyük enişindən sonra aprelin 4-də ticarətin bağlanışında daha intensiv artıma keçib.
Belə ki, aprelin 4-ü Bakı vaxtı ilə saat 17:55-ə Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 3,46% artaraq bir barel üçün 108,0 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 4,17% artaraq 1 barelə görə 103,40 dollar təşkil edib.
Aprelin 4-də neftin qiymətinin dinamikasına ABŞ-ın 6 ay ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft buraxması ilə bağlı son açıqlaması təsir göstərir ki, bu da bazarda xammal qıtlığı qorxusunu azaldır.
Treyderlər də Ukrayna ətrafında inkişaf edən vəziyyəti izləyirlər. Hərbi xüsusi əməliyyatın gedişi ilə bağlı yeni xəbərlər ABŞ və Avropa İttifaqı tərəfindən anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi qorxusuna səbəb olub.
Bundan əlavə, dolların möhkəmlənməsi də təzyiq yaradır. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,18% artaraq 98,81 bənd təşkil edir. Bahalı dollar əmtəələri digər valyutalara sahib olan investorlar üçün daha az əlçatan edir.
Rubl bahalaşmaqda davam edir
Moskva birjasının məlumatlarından belə çıxır ki, cümə günü artımın dayandırılmasından sonra rubl yüksək sanksiyalara və geosiyasi risklərə baxmayaraq, dollar və avroya qarşı möhkəmlənməkdə davam edir.
“Sabah” nəzərə alınmaqla hesablaşmalar üzrə dolların məzənnəsi Bakı vaxtı ilə saat 16.55-də 60 qəpik azalaraq 83,35 rubl, avro 1,62 rubl azalaraq 91,37 rubl təşkil edib.
Geosiyasi vəziyyətin pisləşməsinə, o cümlədən Qərbdən gələn yeni sanksiya təhdidlərinə baxmayaraq, rubl aktivləri nisbi sabitlik nümayiş etdirir.
Bazar ertəsi gün ərzində manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsi də aprelin 1-də olan 0,0208 rubla qarşı 0,0199 rubla düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.