Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın iki şəhərində yanğın baş verib - VİDEO

© Sputnik / Irade JELILYanğınsöndürənlər, arxiv şəkli
Yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.
BAKI, 4 aprel — Sputnik. Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.
Digər yanğın isə Xətai Prospektində baş verib. Həmin ərazidə yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0