https://sputnik.az/20220404/azerbaycan-ve-rusiya-xn-leri-olkelerinin-muhum-strateji-terefdas-oldugunu-beyan-etdiler-440770675.html
Azərbaycan və Rusiya XİN-ləri ölkələrinin mühüm strateji tərəfdaş olduğunu bəyan etdilər
Azərbaycan və Rusiya XİN-ləri ölkələrinin mühüm strateji tərəfdaş olduğunu bəyan etdilər
Sputnik Azərbaycan
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı... 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T11:10+0400
2022-04-04T11:10+0400
2022-04-04T11:10+0400
siyasət
azərbaycan xin
rusiya
cənubi qafqaz
xəzər
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460066_0:103:2000:1228_1920x0_80_0_0_afa16e6fddaeac0d3b7d9a3b4437db0f.jpg
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır.Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir.Nazirlikdən qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir: "Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır".Rusiya Xarici İşlər Nazirliyi də azərbaycanlı həmkarlarını diplomatik münasibətlərin qurulmasının 30-illiyi münasibətilə təbrik edib.RF XİN-in məlumatında deyilir ki, Azərbaycan Rusiya üçün vacib strateji tərəfdaşdır və ölkələr arasında münasibətlərin əsasında bərabərlik, mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri durur. “Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir”, - RF XİN-in məlumatında bildirilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460066_114:0:1887:1330_1920x0_80_0_0_3afb56091f413be19ee1869388d2c605.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, rusiya, cənubi qafqaz, xəzər
azərbaycan xin, rusiya, cənubi qafqaz, xəzər
Azərbaycan və Rusiya XİN-ləri ölkələrinin mühüm strateji tərəfdaş olduğunu bəyan etdilər
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir.
Nazirlikdən qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir: "Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır".
Rusiya Xarici İşlər Nazirliyi də azərbaycanlı həmkarlarını diplomatik münasibətlərin qurulmasının 30-illiyi münasibətilə təbrik edib.
RF XİN-in məlumatında deyilir ki, Azərbaycan Rusiya üçün vacib strateji tərəfdaşdır və ölkələr arasında münasibətlərin əsasında bərabərlik, mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri durur.
“Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir”, - RF XİN-in məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.