Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİİ ölkələrinin ticarətində Rusiya rublunun payı nə qədərdir

© Sputnik / Алексей СухоруковRubl
Rubl - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Nazir etiraf edib ki, Aİİ-nin Rusiyadan kənar ticarətində rublun yayılma səviyyəsi xeyli aşağıdır.
BAKI, 4 aprel - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ticarətində rublun payı artıq üçdə ikini keçir və onu daha da artırmaq imkanı var. Bu barədə RİA Novosti-yə müsahibəsində Avrasiya İqtisadi Komissiyasının (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev danışıb.
“Əgər qarşılıqlı ticarətdən danışırıqsa, o zaman Aİİ ölkələrinin daxili qarşılıqlı hesablaşmalarında ciddi irəliləyiş əldə olunub: 2013-cü ildən 2020-ci ilə qədər olan dövrdə milli valyutalarla ödənişlər 63 faizdən 74 faizə yüksəlib. Rusiya Belarusla ticarətin 82, Qazaxıstanla 63, Qırğızıstanla isə 58 faizini rublla ödəyir”.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiyanın milli valyutadan istifadə imkanları bununla məhdudlaşmır.
“Aİİ-nin qarşılıqlı ticarətində rublun payı əhəmiyyətlidir, lakin Qırğızıstan kimi, məsələn, ticarət dövriyyəsinin 40 faizi dollarla aparılan ölkələrdə onu artırmaq imkanları var. Qazaxıstan və Belarusda ikinci mühüm hesablaşma valyutası dollardır və bu valyuta ilə hesablaşmalar Rusiyanın həmin ölkələrlə ticarət dövriyyəsinin müvafiq olaraq 28 və 9 faizini təşkil edən ”, - deyə nazir əlavə edib.
Eyni zamanda, nazir etiraf edib ki, Aİİ-nin Rusiyadan kənar ticarətində rublun yayılma səviyyəsi xeyli aşağıdır.
“Yeganə istisna təşkil edən Belarus Respublikasıdır. Belə ki, Belarusun Rusiyadan kənarda Aİİ ölkələri ilə ticarət əməliyyatlarının demək olar ki, üçdə birində rubldan istifadə edilir”, - deyə Qlazyev bildirib.
Onun fikrincə, Aİİ ölkələrinin qarşılıqlı hesablaşmalarında milli valyutaların payının daha da artması onların ticarət-iqtisadi əlaqələrinin dərinləşməsindən, ticarətin strukturundan və onun diversifikasiya səviyyəsindən asılı olacaq.
“Bundan əlavə, Aİİ ölkələrinin de-dollarizasiyası kursu ölkələrin xarici risklərin səviyyəsini azaltmaq qabiliyyətindən və dəstəkləyici tədbirlər kompleksinin həyata keçirilməsindən asılı olacaq. Bu tədbirlərə, məsələn, milli ödəniş sistemlərinin inteqrasiyası, valyuta risklərinin hedcinqi, birbaşa valyuta cütləri üçün mübadilə likvidliyinin təmin edilməsi”, - deyə o, yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 02.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
İran öz təcrübəsini Rusiyaya təklif edir
Xəbər lenti
0