Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İran öz təcrübəsini Rusiyaya təklif edir

© AP Photoİran sərhəd-keçid məntəqəsi
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
Möhsün Kərimi bildirib ki, İran rəhbərliyi Qərbin sanksiyalarına, xüsusən də ABŞ sanksiyalarına müqavimət göstərməkdə qırx illik təcrübəyə malikdir
BAKI, 2 aprel — Sputnik. İran Rusiya ilə ticarət əməliyyatlarını iki ölkənin milli valyutaları - rubl və tümənlə aparmaq istəyir və bu barədə artıq razılaşmalar var. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə müavini Möhsün Kərimi cümə günü RİA Novosti-yə bildirib.
"Həm razılaşmalar, həm də imkanlar var. İran sadəcə olaraq Rusiya ilə rubl və tümənlə ticarət əməliyyatları aparmaq üçün onlardan istifadə etmək istəyir", - deyə Kərimi bildirib.
Kərimi bildirib ki, İslam Respublikası rəsmiləri Rusiya tərəfinə ABŞ-ın sanksiyalarından yayınmaq və hazırkı şəraitdə əməkdaşlıq etmək üçün tədbirlər görmək təklif edib:
"İran son illərdə sanksiya altında olması ilə bağlı zəngin təcrübəsinə əsaslanır. Biz Rusiya həmkarlarına də ABŞ hökmranlığından və düşmən ölkələrin təsirindən çıxmaq üçün lazımi tədbirlər görməyi təklif etmişik".
O qeyd edib ki, İran rəhbərliyi Qərbin sanksiyalarına, xüsusən də ABŞ sanksiyalarına müqavimət göstərməkdə qırx illik təcrübəyə malikdir:
"Bu müddət ərzində Tehran iqtisadiyyatın bütün sahələrində öz məhsullarının istehsalına istiqamətlənməyə nail olub. Eyni zamanda, İran xarici ticarət əməliyyatlarını yüksək səviyyədə saxlayır. Qərbin sanksiyaları və Avropa ölkələri ilə ticarət apara bilməməsi nəzərə alınaraq İran tamamilə Asiya regionuna, xüsusən də Çinə üz tutub".
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzaladığını açıqlayıb.
Bundan əvvəl Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Prezidenti Putin və Türkiyə Prezidenti Ərdoğan - Sputnik Azərbaycan, 1920, 01.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya və Türkiyə prezidentləri nədən danışıblar
Xəbər lenti
0