DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiyada prezident və parlament seçkiləri keçirilir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidГосударственный флаг Сербии на здании
Государственный флаг Сербии на здании - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Respublika Seçki Komissiyası Serbiyadan və beynəlxalq təşkilatlardan olan 3500 müşahidəçinin akkreditasiyasını elan edib.
BAKI, 3 aprel - Sputnik. Serbiyanın bir sıra bələdiyyələrində prezident, parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər üçün məntəqələr açılıb. Bu barədə RİA Novosti xəbər verir.
Serbiyada növbəti prezident seçkiləri, Assambleyanın 250 deputatının (birpalatalı parlament) növbədənkənar seçkiləri, həmçinin Belqrad, Bor şəhərlərində və onlarla başqa bələdiyyələrdə yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Xəbər verirlir ki, 6,5 milyondan çox vətəndaşın səsvermə hüququ var.
Ölkənin 8 mindən çox və dünyanın 34 ölkəsində təşkil olunmuş 77 səsvermə məntəqələrində yerli vaxtla saat 7.00-dən 20.00-yədək vətəndaşlar öz iradələrini ifadə edəcəklər.
Serbiya Seçki Komitəsi parlamentdə (Skupşina) 250 yer uğrunda mübarizə aparan 19 siyasi partiya və koalisiya blokunu qeydə alıb. Onlar parlamentin yeni çağırışına daxil olmaq üçün 3 faizlik səs baryerini keçməlidirlər. Bir və ya bir neçə seçki blokunun dəstəklədiyi səkkiz namizəd prezidentlik uğrunda mübarizə aparır.
Respublika Seçki Komissiyası Serbiyadan və beynəlxalq təşkilatlardan olan 3500 müşahidəçinin akkreditasiyasını elan edib. Rusiya Federasiya Şurası da Serbiyada keçirilən prezident və parlament seçkilərini izləmək üçün nümayəndə heyəti təşkil edib.
Senatorlar MDB Dövlətlərinin Parlamentlərarası Assambleyası (PA) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) missiyalarının tərkibində çalışacaqlar.
KTMT PA-nın müşahidəçiləri KTMT dövlətlərinin parlamentlərinin nümayəndələri: Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Rusiyadan isə Federasiya Şurası və Dövlət Dumasının üzvləridir.
Serbiyanın daxili işlər naziri Aleksander Vulin səsvermədən bir müddət əvvəl deyib ki, 3 aprel seçkilərindən sonra “Maydan”a cəhd gözləyir.
Onun sözlərinə görə, qərbyönlü partiyalar maliyyə və siyasi cəhətdən hazırlaşaraq, “seçkilərin nəticələrinə etiraz etmək prosesini təşkil edirlər ki, bu da hakimiyyəti devirmək cəhdi ilə yekunlaşacaq”.
Hüquq-mühafizə orqanları və kəşfiyyat orqanları belə bir ssenarinin qarşısını almağa hazır olduqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0