Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pambıq birinci, karbamid ikinci, fındıq üçüncü yerdə - CƏDVƏL

© Sputnik / Denis Abramov / Mediabanka keçidPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Ötən 2 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracın detalları məlum olub. Qeyri-neft sektoruna aid ixrac malların siyahısı, həcmi və digərləri Sputnik Azərbaycan-ın materialında
BAKI, 3 aprel — Sputnik. 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart buraxılışında qeyd edilir.
Meyvə-tərəvəz ixracı artıb
2022-ci ilin meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5% artıb.
Pambıq mahlıcı birinci olub
2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Rusiyaya 119,1 milyon dollar mal göndərilib
2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiya Federasiyasına 119,1 milyon ABŞ dolları, Gürcüstana 28,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 21 milyon ABŞ dolları və İtaliyaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Qeyri-neft sektoru üzrə ixracda artım 24% olub
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.
Fevralda ən çox mal Türkiyəyə göndərilib
2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (48 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,6 milyon ABŞ dolları) olub.
Elektrik enerjisi ixracı ikinci olub
2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid (14,7 milyon ABŞ dolları) üçüncü olub.
İxracatçı subyektlərin reytinqi
"İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "P-Aqro" MMC, "Aqrovest" MMC, "Çinar Aqro" MMC, "Product Service" MMC, "Almeyvə" MMC, "ZR-78 Company" MMC, "AzMet" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC", Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "AzerGold" QSC, "Azəripək" MMC, "Geofizika və Geologiya İdarəsi", "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Hava Yolları" QSC.
2022-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 186,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 391,2 milyon manatlıq əməliyyat aparıblar.
Azexport.az portalına ən çox ixrac sifarişi
2022-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin fevral ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 38,7 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 28 fevral tarixinə kimi Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 milyard ABŞ dolları təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0