https://sputnik.az/20220403/oguzda-qardas-qardasini-doseme-taxtasi-ile-oldurdu-440755113.html
Qardaş qardaşı döşəmə taxtası ilə öldürdü
Qardaş qardaşı döşəmə taxtası ilə öldürdü
Sputnik Azərbaycan
Qırx doqquz yaşlı Namiq Şirinov təmizlik üçün istifadə olunan ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb. 03.04.2022, Sputnik Azərbaycan
2022-04-03T14:39+0400
2022-04-03T14:39+0400
2022-04-03T14:55+0400
oğuz
hadisə
qardaş
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_0:82:1960:1185_1920x0_80_0_0_19c2fa7c4436facd8fe0590536374290.jpg
BAKI, 3 aprel — Sputnik. Oğuzda qardaş-qardaşın qanına bais olub. Hadisə ötən axşam rayon mərkəzindəki Gənclik küçəsində baş verib. Yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ad gününə yığışan qardaşlar arasında yaranan mübahisə davaya çevrilib.Dava zamanı qardaşlardan biri o birini döşəmə silən ağacla zərbə vurub və ağacın saplağı sınıb.Qırx doqquz yaşlı Namiq Şirinov sınaraq ucu iti vəziyyətə düşən ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb.Həkim Eldar İsmayılov bildirib ki, yaralı xəstəxanaya çatdırıldıqda artıq gec olub. Nəticədə Aqil Şirinov dünyasını dəyişib."19:36 radələrində 1976-cı il təvəllüdlü Aqil Şirinov Oğuz MRX-ya döş qəfəsində kəsilmiş-deşilmiş yara ilə gətirilib. Onda heç bir həyat əlaməti yox idi", - deyə E. İsmayılov bildirib.Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.Namiq Şirinov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220403/paytaxtin-gece-klubunda-partlayis-440751975.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_136:0:1824:1266_1920x0_80_0_0_20514e39e011c9e2a27f805ebc70af4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğuz, qardaş, ölüm
Qardaş qardaşı döşəmə taxtası ilə öldürdü
14:39 03.04.2022 (Yenilənib: 14:55 03.04.2022) Qırx doqquz yaşlı Namiq Şirinov təmizlik üçün istifadə olunan ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb.
BAKI, 3 aprel — Sputnik. Oğuzda qardaş-qardaşın qanına bais olub. Hadisə ötən axşam rayon mərkəzindəki Gənclik küçəsində baş verib. Yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ad gününə yığışan qardaşlar arasında yaranan mübahisə davaya çevrilib.
Dava zamanı qardaşlardan biri o birini döşəmə silən ağacla zərbə vurub və ağacın saplağı sınıb.
Qırx doqquz yaşlı Namiq Şirinov sınaraq ucu iti vəziyyətə düşən ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb.
Həkim Eldar İsmayılov bildirib ki, yaralı xəstəxanaya çatdırıldıqda artıq gec olub. Nəticədə Aqil Şirinov dünyasını dəyişib.
"19:36 radələrində 1976-cı il təvəllüdlü Aqil Şirinov Oğuz MRX-ya döş qəfəsində kəsilmiş-deşilmiş yara ilə gətirilib. Onda heç bir həyat əlaməti yox idi", - deyə E. İsmayılov bildirib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Namiq Şirinov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.