https://sputnik.az/20220403/mingecevirde-dem-qazi-10-dan-cox-sakini-zeherledi-440766950.html
Mingəçevirdə dəm qazı 10-dan çox sakini zəhərlədi
Mingəçevirdə dəm qazı 10-dan çox sakini zəhərlədi
Sputnik Azərbaycan
Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 03.04.2022, Sputnik Azərbaycan
2022-04-03T23:07+0400
2022-04-03T23:07+0400
2022-04-03T23:38+0400
hadisə
dəm qazı
mingəçevir
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805878_0:119:3223:1931_1920x0_80_0_0_8d9447bf5a3155d8a4a36822b7ceeace.jpg
BAKI, 3 aprel - Sputnik. “Nur şəhəri”ndə bir neçə ünvanda dəm qazından zəhərlənmə qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, özlərini narahat hiss edən 10-dan çox Mingəçevir şəhər sakini Təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.Dəm qazından zəhərlənmə hamam otaqlarında və mətbəxdə qeydə alınıb. Mingəçevir şəhər xəstəxanasına yerləşdirlənlər arasında uşaqlarda olub. Baş verən hadisəynən bağlı Mingəçevir şəhər Xəstəxanasının Təcili yardım şöbəsinin baş həkimi Allahverdi Alıyev Sputnik Azərbaycan-a bildirilib ki,zəhərlənənlər vəziyyəti normaldır, onlar arasında vəfat edən olmayıb:“Axşam saatlarında Mingəçevir şəhərində dəm qazından müxtəlif ünvanlarda zəhərlənmə halları baş verib. Xəstəxananın Təcili Yardım şöbəsinə 13 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub. Onlardan 5 –i 12 yaşa qədər uşaqlar, bir nəfəri dializ xəstəsidir. Zəhərlənmə halı vanna otağında və mətbəxdə olarkən baş verib. Xəstələrə dərhal əməkdaşlarımız tərəfindən tibbi yardım göstərilib, ağırlaşma və ölüm halı baş verməyib”.Qeyd edək ki, Mingəçevirdə dəm qazından zəhərlənənlərin sayı gecə saatlarında 14 nəfərə çatıb. Vəziyyətləri stabilləşən bir neçə nəfər ambulator müalicəyə buraxılıb. Digərlərinin müalicəsi isə davam etdirilir.TƏBİB-dən verilən məlumata görə, яəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Digər 2 nəfərin isə vəziyyəti stabildir. Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220318/bakida-havasi-temiz-olan-eraziler-aciqlandi-440299940.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805878_245:0:2976:2048_1920x0_80_0_0_d7a4a12dcac06fc8622c11021cdbf20d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəm qazı, mingəçevir
Mingəçevirdə dəm qazı 10-dan çox sakini zəhərlədi
23:07 03.04.2022 (Yenilənib: 23:38 03.04.2022) Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
BAKI, 3 aprel - Sputnik. “Nur şəhəri”ndə bir neçə ünvanda dəm qazından zəhərlənmə qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, özlərini narahat hiss edən 10-dan çox Mingəçevir şəhər sakini Təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Dəm qazından zəhərlənmə hamam otaqlarında və mətbəxdə qeydə alınıb. Mingəçevir şəhər xəstəxanasına yerləşdirlənlər arasında uşaqlarda olub. Baş verən hadisəynən bağlı Mingəçevir şəhər Xəstəxanasının Təcili yardım şöbəsinin baş həkimi Allahverdi Alıyev Sputnik Azərbaycan-a bildirilib ki,zəhərlənənlər vəziyyəti normaldır, onlar arasında vəfat edən olmayıb:
“Axşam saatlarında Mingəçevir şəhərində dəm qazından müxtəlif ünvanlarda zəhərlənmə halları baş verib. Xəstəxananın Təcili Yardım şöbəsinə 13 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub. Onlardan 5 –i 12 yaşa qədər uşaqlar, bir nəfəri dializ xəstəsidir. Zəhərlənmə halı vanna otağında və mətbəxdə olarkən baş verib. Xəstələrə dərhal əməkdaşlarımız tərəfindən tibbi yardım göstərilib, ağırlaşma və ölüm halı baş verməyib”.
Qeyd edək ki, Mingəçevirdə dəm qazından zəhərlənənlərin sayı gecə saatlarında 14 nəfərə çatıb. Vəziyyətləri stabilləşən bir neçə nəfər ambulator müalicəyə buraxılıb. Digərlərinin müalicəsi isə davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, яəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər 2 nəfərin isə vəziyyəti stabildir. Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.