DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aralıq dənizində daha 90 qanunsuz miqrant həlak olub

© © AP Photo / SOS MEDITERRANEE/Laurin SchmidAralıq dənizində miqrantlar, 2018
Aralıq dənizində miqrantlar, 2018 - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Cari il yanvarın 1-dən martın 28-dək 300 qanunsuz miqrant boğularaq ölüb, 3100 nəfər isə yenidən Liviya sahilindəki düşərgələrə qaytarılıb.
BAKI, 3 aprel - Sputnik. Son həftə ərzində Aralıq dənizinin Liviya sahilindən İtaliyaya yollanan qayıqların ifrat yüklənməsi nəticəsində batması azı 90 afrikalı qanunsuz miqrantın ölümünə səbəb olub. Bu barədə Azərtac “Sərhədsiz həkimlər” təşkilatına istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, ötən həftə İtaliya sahilinə çatmağa cəhd edən və Aralıq dənizində boğulan 100 afrikalı qanunsuz miqrant beynəlxalq sularda üzən neft tankeri tərəfindən xilas edilib və onların dəqiq yeri məlum deyil.
“Sərhədsiz həkimlər” qrupu onların Liviyaya qaytarılması üçün İtaliya və Malta hökumətlərinə, habelə Avropa İttifaqı sərhədlərini mühafizə edən Frontex agentliyinə müraciət edib.
Beynəlxalq Miqrasiya Təşkilatı isə hazırda Liviyada meydana gəlmiş xaosdan istifadə edən insan alverçilərinin Afrika və Yaxın Şərq ölkələrindən olan qeyri-leqal miqrantları kütləvi şəkildə Avropaya daşıması barədə xəbərdarlıq edib. Onların əksəriyyəti bu riskli yolçuluqda həyatlarını itirir.
Belə ki, cari il yanvarın 1-dən martın 28-dək 300 qanunsuz miqrant boğularaq ölüb, 3100 nəfər isə yenidən Liviya sahilindəki düşərgələrə qaytarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
mühacir  - Sputnik Azərbaycan, 1920, 22.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Avropa yeni mühacir böhranına görə xərcə düşməyə hazır deyil
Xəbər lenti
0