https://sputnik.az/20220402/semeni-atma-ve-ya-qubalilar-nehsden-nece-cixirlar---vdeo-440741024.html
Səməni atma və ya qubalılar nəhsdən necə çıxırlar - VİDEO
Səməni atma və ya qubalılar nəhsdən necə çıxırlar - VİDEO
Sputnik Azərbaycan
Quba bölgəsində qeyd edilən çox maraqlı bu adət Azərbaycanımızın cənubunda da geniş yayılıb. Adətin maraqlı izahı da var. 02.04.2022, Sputnik Azərbaycan
2022-04-02T21:48+0400
2022-04-02T21:48+0400
2022-04-02T23:26+0400
novruz
cəmiyyət
çay
su
quba
təbriz
adət
https://cdnn1.img.sputnik.az/img/42346/33/423463386_0:197:1921:1277_1920x0_80_0_0_728241bc85b2153e869b744795f68df5.jpg
Qubada hər il Novruz bayramından 14 gün sonra səməni atma bayramı qeyd olunur. Qubalılar Qudyalçayın üstünə gəlib ürəyindən keçən arzu-diləyi axar suya söyləyərək, bayramda cücərtdiyi səmənini çaya atar, növbəti ilin eyni günündə arzusu çin olarsa, yenidən çay üstünə gəlib şirniyyat, konfet paylayarlar. Bu adət hər il aprelin 2-də Qubada həyata keçirilir. Qubalılar demək olar ki, Novruzda böyütdükləri səmənini ancaq suya atarlar. Bir neçə il pandemiya səbəbindən bu mərasim təmtəraqlı qeyd edilməsə də, yenə də insanlar həmin günü çay başına gedirdilər.Əslən Təbrizli Faiqə Nüsrəti bu adətlə bağlı çox maraqlı nüansları danışdı. Bu mərasimin əsasən Cənubi Azərbaycanda qeyd edildiyini, bayramın əsl adının Sizdəh olduğunu vurğuladı."Bu bayramın əsl adı Sizdəhdir. Əsasən Novruzun 14-cü günü qeyd olunur. Mən əslən Təbrizliyəm. Bu mərasim bizim evdə də qeyd olunur. Bayramın tarixi də qədimə gedir və bu əsasən Cənubi Azərbaycanda, İranda və Əfqanıstanda qeyd edilir. Aprelin 2-də insanlar evlərindən çıxar, təbiətin qoynunda oturar, şənlik edərlər. Əsasən buna "nəhsdən çıxma" da deyilir. Novruz üçün yetişdirdikləri səməniləri ya axar suya atar, ya da torpağın üzərinə qoyarlar. Həmin günü insanlar mütləq şəkildə evdən çıxar, təbiət qoynunda oturar, ərə getmiş, təzə ailə qurmuş övladlar ilə bayram süfrəsi təşkil edib ətrafına toplaşarlar. Mən hal hazırda Təbrizdəkilərlə əlaqə saxladım və onların hamısı, təbiət qoynunda, meşəliklər də, parklarda olduqlarını bildirdilər. Bir daha qeyd edirəm bu gün nəsdən çıxma və təbiətə qovuşma kimi qəbul edilir", - dedi Faiqə xanım.Belə qənaətə gəlmək olar ki, bu mərasimi Qubaya ya Cənubi Azərbaycandan bura köçənlər gətiriblər, ya da onlar Qubadan gedənlərdən götürüblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42346/33/423463386_80:0:1783:1277_1920x0_80_0_0_ad610cfa8e232f8ba148c1a63b57e98a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
novruz, çay, su, quba, təbriz, adət
novruz, çay, su, quba, təbriz, adət
Səməni atma və ya qubalılar nəhsdən necə çıxırlar - VİDEO
21:48 02.04.2022 (Yenilənib: 23:26 02.04.2022) Quba bölgəsində qeyd edilən çox maraqlı bu adət Azərbaycanımızın cənubunda da geniş yayılıb. Adətin maraqlı izahı da var.
Qubada hər il Novruz bayramından 14 gün sonra səməni atma bayramı qeyd olunur. Qubalılar Qudyalçayın üstünə gəlib ürəyindən keçən arzu-diləyi axar suya söyləyərək, bayramda cücərtdiyi səmənini çaya atar, növbəti ilin eyni günündə arzusu çin olarsa, yenidən çay üstünə gəlib şirniyyat, konfet paylayarlar.
Bu adət hər il aprelin 2-də Qubada həyata keçirilir. Qubalılar demək olar ki, Novruzda böyütdükləri səmənini ancaq suya atarlar. Bir neçə il pandemiya səbəbindən bu mərasim təmtəraqlı qeyd edilməsə də, yenə də insanlar həmin günü çay başına gedirdilər.
Əslən Təbrizli Faiqə Nüsrəti bu adətlə bağlı çox maraqlı nüansları danışdı. Bu mərasimin əsasən Cənubi Azərbaycanda qeyd edildiyini, bayramın əsl adının Sizdəh olduğunu vurğuladı.
"Bu bayramın əsl adı Sizdəhdir. Əsasən Novruzun 14-cü günü qeyd olunur. Mən əslən Təbrizliyəm. Bu mərasim bizim evdə də qeyd olunur. Bayramın tarixi də qədimə gedir və bu əsasən Cənubi Azərbaycanda, İranda və Əfqanıstanda qeyd edilir. Aprelin 2-də insanlar evlərindən çıxar, təbiətin qoynunda oturar, şənlik edərlər. Əsasən buna "nəhsdən çıxma" da deyilir. Novruz üçün yetişdirdikləri səməniləri ya axar suya atar, ya da torpağın üzərinə qoyarlar. Həmin günü insanlar mütləq şəkildə evdən çıxar, təbiət qoynunda oturar, ərə getmiş, təzə ailə qurmuş övladlar ilə bayram süfrəsi təşkil edib ətrafına toplaşarlar. Mən hal hazırda Təbrizdəkilərlə əlaqə saxladım və onların hamısı, təbiət qoynunda, meşəliklər də, parklarda olduqlarını bildirdilər. Bir daha qeyd edirəm bu gün nəsdən çıxma və təbiətə qovuşma kimi qəbul edilir", - dedi Faiqə xanım.
Belə qənaətə gəlmək olar ki, bu mərasimi Qubaya ya Cənubi Azərbaycandan bura köçənlər gətiriblər, ya da onlar Qubadan gedənlərdən götürüblər.