Sabirabaddan həyəcan təbili: "Bir neçə ildən sonra abidənin sadəcə adı qalacaq" - FOTO
© Photo : Mirismayil TagıyevSabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
© Photo : Mirismayil Tagıyev
Abunə olmaq
Tarixi hamam ölkə üzrə qeydiyyatda olan 6308 abidədən biridir. Eləcə də, rayon üzrə qeydiyyata alınan 17 yerli əhəmiyyətli tarixi əhəmiyyətli memarlıq abidəsindən biridir
BAKI, 2 aprel — Sputnik. Sabirabad rayonunda yerləşən "Köhnə hamam" 1900-cu ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib. Uzun illər həmin bölgənin sakinləri həmin hamamdan istifadə edib. Ötən əsrin əvvəllərində tikilən hamam hazırda bərbad vəziyyətdədir. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Mirmusa Tağıyevin nəticəsi Mirismayıl Tağıyev bildirir ki, rayonda barmaqla sayılacaq abidələrdən biri olan bu hamam təmir olmunmazsa, onun sadəcə adı qalacaq.
© Photo : Mirismayil TagıyevSabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
Sabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
© Photo : Mirismayil Tagıyev
Hamam 17 il öncəyə qədər fəaliyyət göstərsə də, indi baxımsızlıq üzündən ərazisi zibilxanaya çevrilib: "Dəfələrlə aidiyyəti orqanlara tarixi hamamın təmir olunması üçün müraciət etsəm də, hər dəfə məni başlarından ediblər. Bu tarixi abidənin təmir olunması üçün yerli icra hakimiyyətindən xahiş edirəm ki, göstəriş versinlər. Mədəniyyət nazirliyinin də xəbəri var, amma bir əncam çəkən yoxdur. 2005-ci ilə kimi atam buranı qoruyub saxlayıb, hamam kimi fəaliyyətdə olub. 2005-ci ildən sonra baxımsız vəziyyətə düşüb. Təmirə ehtiyacı var".
Tarixi hamam ölkə üzrə qeydiyyatda olan 6308 abidədən biridir. Eləcə də, rayon üzrə qeydiyyata alınan 17 yerli əhəmiyyətli tarixi əhəmiyyətli memarlıq abidəsindən biridir.
© Photo : Mirismayil TagıyevSabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
Sabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
© Photo : Mirismayil Tagıyev
M.Tağıyev bildirib ki, bir neçə müddət öncə tarixi memarlıq nümunəsi olan hamamın hərrac yolu ilə satışa çıxarldığından xəbər tutub: "İşbazlar hamamı hərrəca çıxarmaq üçün bütün qanunsuzluqlara getdilər. Hamamın bir gündə 2 dəfə qəsdən yandırıldı. Yenə də sağ olsun yerli sakinlər, onların köməyi ilə yanğın söndürülüb, abidəyə ciddi ziyan dəyməyib. Dünya ölkələri öz tarixi abidələri ilə tanınır. Onları göz bəbəyi kimi qoruyurlar. Amma bizdə abidələrə qarşı ögey münasibət var. Hər kəs öz mənafeyini güdür. Tarixi abidələr heç kəsin, xüsusən də aidiyyatı orqanların maraq dairəsində deyil. Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli abidə kimi qeydiyyata götürülüb. Abidə təmir olunmayandan sonra qeydiyyatın nə faydası?"
© Photo : Mirismayil TagıyevSabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
Sabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
© Photo : Mirismayil Tagıyev
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Sabirabad rayonunda yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarətindədir. XIX əsrin sonlarında inşa olunan hamam bir neçə ilə öncəyə qədər istifadədə olub. Hazırda isə hamamın bərpaya ehtiyacı var. Adıçəkilən abidənin bərpası dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
© Photo : Mirismayil TagıyevSabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
Sabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı
© Photo : Mirismayil Tagıyev
Tarixi abidənin icarəyə verilməsinə gəldikdə isə, qurumdan bildirilib ki, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Republikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti) ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.