https://sputnik.az/20220402/qm-sedri-ramazan-ayinin-aprelin-3-de-baslayacagini-iddia-edenlere-cavab-verib-440735070.html
QMİ sədri Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib
QMİ sədri Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib
Sputnik Azərbaycan
Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi... 02.04.2022, Sputnik Azərbaycan
2022-04-02T17:42+0400
2022-04-02T17:42+0400
2022-04-02T17:42+0400
cəmiyyət
ramazan ayı
şeyxülislam hacı allahşükür paşazadə
şeyxülislam allahşükür paşazadə
ramazan ayı
https://cdnn1.img.sputnik.az/img/40733/52/407335271_0:0:2000:1125_1920x0_80_0_0_a4b89f646b6454e3bc16450244af9270.jpg
BAKI, 2 aprel - Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.APA xəbər verir ki, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.“Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - QMİ sədri qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220402/aylarin-sultani-ramazan-barede-ne-bilirik-439364089.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40733/52/407335271_217:0:1924:1280_1920x0_80_0_0_8a85c79e07f91d1499fba88746f9daa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ramazan ayı, şeyxülislam hacı allahşükür paşazadə, şeyxülislam allahşükür paşazadə, ramazan ayı
ramazan ayı, şeyxülislam hacı allahşükür paşazadə, şeyxülislam allahşükür paşazadə, ramazan ayı
QMİ sədri Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib
Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.
BAKI, 2 aprel - Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.
APA xəbər verir ki, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.
“Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - QMİ sədri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.