https://sputnik.az/20220402/goycayda-12-mine-yaxin-iki-gundur-susuz-qalib-440740607.html
Göyçayda 12 minə yaxın abonent iki gün susuz qalıb
Göyçayda 12 minə yaxın abonent iki gün susuz qalıb
Sputnik Azərbaycan
İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb 02.04.2022, Sputnik Azərbaycan
2022-04-02T20:49+0400
2022-04-02T20:49+0400
2022-04-02T20:57+0400
cəmiyyət
su
göyçay
susuz
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311618_0:256:2730:1792_1920x0_80_0_0_e7418cdc36167d7c7130e5d49b35b828.jpg
BAKI, 2 aprel - Sputnik. Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.APA-nın xəbərinə görə, aprelin 1-də səhər saat 9:00 radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilildə 11 600 abonent susuz qalıb.Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub.İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19:00 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220211/axsam-bezi-yerler-susuz-qalacaq-439075588.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311618_0:0:2730:2048_1920x0_80_0_0_0477c433e854f4272cab1e622a92b43e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, göyçay, susuz, "azərsu" asc
su, göyçay, susuz, "azərsu" asc
Göyçayda 12 minə yaxın abonent iki gün susuz qalıb
20:49 02.04.2022 (Yenilənib: 20:57 02.04.2022) İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb
BAKI, 2 aprel - Sputnik. Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.
APA-nın xəbərinə görə, aprelin 1-də səhər saat 9:00 radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilildə 11 600 abonent susuz qalıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub.
İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19:00 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.