CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərrux uğrunda gedən döyüşlərdə əsir düşdü, 30 ildir ki, ondan heç bir xəbər yox idi...

© Photo : represented by Vugar Gubadov familiesI Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
Məqalə dərc olunarkən, Fərrux istiqamətində otuz il əvvəl itkin düşmüş Qubadov Vüqar Hivran oğlunun nəşinin müəyyən olunması barədə xəbər gəldi...
BAKI, 2 aprel — Sputnik. Bir neçə gün öncə müzəffər Azərbaycan ordusu daha bir uğura imza ataraq, Xocalı rayonunun Fərrux kəndini ermənilərdən azad edib. Kəndin azad olunması, ondan bir neçə gün sonra isə kənddə insan sümüklərinin aşkar edilməsi 30 ildir itkin düşən şəxslərin ailəsində bir ümid yaradıb.
30 ildir ki, qardaşından heç bir xəbər ala bilməyən Hakim Qubadov Fərrux kəndində aşkarlanan sümüklərin qardaşı Vüqar Qubadova aid olduğuna ümid edir.
© Photo : represented by Vugar Gubadov familiesI Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov - Sputnik Azərbaycan, 1920, 02.04.2022
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
30 ildir ki, qardaşı haqqında heç bir məlumat ala bilməyən Hakim Qubadov deyir ki, qardaşı 1991-ci ildə Rusiyada hərbi xidmətdə olub, 1-ci Qarabağ müharibəsi başladıqda könüllü olaraq ordunun sıralarına yazılıb. 1992-ci ilin əvvəlind öz istəyi ilə döyuş bölgəsinə göndərilib: "O 1992-ci ilin əvvəlində Ağdam uğrunda döyüşlərdə iştirak edib. Sonuncu dəfə toyda iştirak etmək üçün 1992-ci ilin sentyabrın 13-də evə qayıtmışdı, səhəri gün isə yenidən hərbi hissədə idi. Elə sonuncu dəfə qardaşımı onda görmüşdük, onda sarılmışdıq bir-birimizə. Çox keçmədi. Elə həmin ayın 19-da qardaşım əsir düşdü".
Vüqar Qubadovun ailəsi bu xəbəri 9 gün sonra alıb: "Bu xəbərin üstündən iki il keçəndən sonra qardaşıma şəhidlik statusu verildi".
Hakim Qubadov deyir ki, qardaşı əsir düşəndə 19 yaşı olub: "Qardaşım Neftçaladan olan bir yoldaşını yaralı vəziyyətdə çıxaranda qaça bilməmişdi, əsir düşmüşdü. Bu haqda onun döyüş yoldaşları bizə məlumat vermişdi. Onda müharibənin ən qızğın vaxtları idi. Lakin şəhid olub-olmaması haqda heç bir məlumatımız yox idi, yolunu gözləyirdik, bir xəbər almağa çalışırdıq".
© Photo : represented by Vugar Gubadov familiesI Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov - Sputnik Azərbaycan, 1920, 02.04.2022
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
Qardaşının cəsurluğundan söz açan Hakim Qubadov deyir ki, Vüqar Qubadov son damla qanına qədər vuruşub: "Baxın, necə ki, 2020-ci ildə müzəffər Azərbaycan ordusunun əsgərləri məğrurcasına vuruşurdu, qardaşım da, onun döyüş yoldaşları da eyni ilə o cür vuruşurdu. Onun qəhrəmanlığı yerə-göyə sığmırdı. Sadəcə olaraq o vaxtkı vəziyyətlə indiki vəziyyət tamamilə fərqli idi. Təəssüf ki, onlar qurban getdi".
Fərrux kəndinin alınması, ətrafda sümüklərin tapılması ilə Vüqar Qubadovun ailəsində böyük ümid yaradıb. Lakin qardaşı deyir ki, yayılan xəbərlə bağlı hisslərini ifadə etməkdə çətinlik çəkir: "Qardaşımın yoxluğu, ondan bir xəbər ala bilməməyimiz ən çox da anamı məhv edib. Anam 4 dəfə infarkt keçirib. Danışa bilmir, ancaq oğlunu yada salaraq ağlayır. Sümüklərin aşkarlanması xəbəri bizdə ümid yaratdı. İnanırıq ki, qardaşımın da sümükləri tapılar".
Qeyd edək ki, oğlundan nigaran qalan Vüqar Qubadovun atası bu acıya, övlad həsrətinə dözə bilməyib, bir müddət sonra dünyasını dəyişib.
Bir neçə gün öncə Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı açıqlandı. 62 nəfərin adının yer aldığı siyahıda Vüqar Qubadovun da adı var.
© Photo : represented by Vugar Gubadov familiesI Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov - Sputnik Azərbaycan, 1920, 02.04.2022
I Qarabağ müharibəsində Fərrux Yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən Vüqar Qubadov
1-ci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Xatırladaq ki, martın 27-də Fərrux kəndi ermənilərdən geri alınıb, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Adı çəkilən yüksəklik uğrunda 1-ci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.
P.s. Yazı çapa gedərkən, Elbəy Ağayev adlı sosial şəbəkə istifadəçisi "Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərindən həmkəndilimiz Qubadov Vüqar Hicran oğlunun nəşi müəyyən edilib" statusunu paylaşdı.
Nəhayət ki, ananın intizarına son qoyulacaq. Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Elmira Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
CƏMİYYƏT
Otuz ildir şəhid balasının nəşini gözləyən ana onun üçün qurban deyib
Xəbər lenti
0