Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda autizmlə bağlı durum

© AFP 2024 / MARTIN BUREAUAutizm
Autizm - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
Azərbaycanda Qeydiyyata alınan 367 nəfərdən 301-i kişi, 66-sı qadın, 10 nəfərdən 9-u kişi və biri qadındır
BAKI, 2 aprel — Sputnik. Dünyada hər il aprel ayının 2-si Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Autizm - üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir psixi pozuntudur. Autizmin risk faktorlarına - valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar və s. aid edilir.
Dünya və Azərbaycanda autizmlə bağlı vəziyyətə nəzər salaq:
Dünyada hər 160 uşaqdan biri bu auitizm sindromundan əziyyət çəkir.
Dünyada autist sindromunun ən az müşahidə olunduğu Fransa, Portuqaliya, İslandiyadan sonrakı yerlərdə Norveç, İtaliya, Almaniya, Yunanıstan, Avstriya, Belçika və İspaniya qərarlaşıb. Fransada hər 10 min nəfərə 69.3-ü (yaxud da hər 144 nəfərdən 1-i), Portuqaliyada hər 10 min nəfərdən 70.5-i (142 nəfərdən 1-i), İslandiya hər 10 min nəfərdən 71.9-u (139 nəfərdən 1-i) autistdir. Lakin ərəb ölkələrində bu rəqəmlər çox yüksəkdir.
Azəbaycanda vəziyyət necədir?
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 0-13 yaş aralığında belə uşaqlara görə 2020-ci ildə ilk dəfə müraciət 367 olub: "0-13 yaş arasında 2020 -ci ilin sonunda atipik autizimli uşaqların sayı 10 nəfərdir. 2020-ci ilin sonunda qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli uşaqların sayı isə 46 nəfərdir. 46 nəfər atipik autizm qeydiyyatlı 0-13 yaş arası uşaqlardan 32-si kişi, 14-ü qadındır. Qeydiyyata alınan 367 nəfərdən 301-i kişi, 66-sı qadın, 10 nəfərdən 9-u kişi və biri qadındır".
Qeyd olunur ki, ilin sonunda qeydiyyata alınan 1383 nəfərin 1089-u kişi, 294-ü qadındır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, autizmi ana bətnində öyrənmək mümkün deyil: "Dünyanın heç bir yerində bunu dəqiq təyin edən hansısa üsul, test yoxdur. İlkin mərhələdə uşaqla münasibətə diqqət eləmək lazımdır. Əgər, uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət yetirməlidilər".
O bildirir ki, autizmin gec aşkarlanmasında çox vaxt anaların səhvləri olur: "Valideynlər bəzən uşaqlarına yetərincə zaman ayırıb, onlarla məşğul olmur, diqqət göstərmirlər. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq daha çətindir".
O bildirir ki, aparılan elmi tədqiqatlar göstərir ki, autizm spektrli pozuntuların əmələ gəlməsində irsi faktorun böyük əhəmiyyəti var: "Qızlarla müqayisədə autizm spektrli pozuntular oğlanlarda 4 dəfə çox rast gəlinir. Belə uşaqların həkim, psixopedaqoq, loqoped, psixoloqların və təbii ki, valideynlərin xüsusi diqqətinə ehtiyac var".
Valideynlər bunu necə aşkarlaya bilərlər?
Bu cür uşaqlar anası və digər yaxınları ilə təmasda olmur, təkrarlanan hərəkətləri edirlər, onların maraq dairəsi daha məhdud olur. Belə uşaqlar daha çox aqressiv və dağıtmağa meyilli olurlar. Onlar hətta özlərinə zərər verə bilərlər. Mütəxəssislərin fikrincə, autizm əlamətləri 3 yaşınadək özünü göstərə bilər.
Müalicə nə zaman başlamalıdır?
Uşağın müalicəsi ilkin əlamətlər aşkar edildiyi vaxtdan başlamalıdır.
Qeyd edək ki, erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tədbiqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s. bir çox uşaqlarda müsbət nəticə verir.
Xəbər lenti
0