CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə növbəti monitorinq başlanılıb

© Sputnik / Ilham MustafayevNabranda sahil qırağı
Nabranda sahil qırağı  - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir.
BAKI, 1 aprel — Sputnik. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin aparılması üçün bu gün, aprelin 1-də yenidən dənizə çıxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 1-10 aprel tarixlərində dənizdə kompleks tədqiqatlar aparılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir.
"Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0