QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xankəndi şəhəri təbii qazla təmin olunur

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq
BAKI, 1 aprel — Sputnik. Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir. Həmin ərazilərdə qaz infrastrukturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
O bildirib ki, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılıb. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılıb, viran edilib”.
T.Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb: “Xankəndi şəhəri təbii qazla təmin olunur. Növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2022
SİYASƏT
Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev
Xəbər lenti
0