Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbli forması bazarındakı monopoliya aradan qalxacaqmı?

© Sputnik / Zulfiyya GuluyevaMəktəbli forması
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Məktəb direktorları pedaqoji şuraların vasitəsilə məktəbli forması istehsalını öz əlaqəsi olan tikiş müəssisəsinə və yaxud satış obyektinə həvalə edə bilər.
BAKI, 1 aprel — Sputnik. Ötən ay Nazirlər Kabineti tərəfindən Azərbaycanda "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" təsdiq edilib. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Hələ ki, məktəbli formalarının qiyməti bəlli olmasa da, aprel ayında məktəb pedaqoji şuraları şagirdlərin hansı uniformanı geyinməsi ilə bağlı seçim etməli və qərar çıxarmalıdırlar. Məktəbli formaları ilə bağlı bu gün valideynləri əsas narahat edən məsələ formaları haradan və hansı qiymətə alacaqları ilə bağlıdır. Sputnik Azərbaycan məktəbli formaları ilə bağlı verilmiş yeni qərarın bazarda yenidən monopoliyaya səbəb olub-olmayacağını araşdırıb.
Forma bazarında monopoliya var!
Suala cavab tapmazdan öncə qeyd edək ki, hazırda məktəblilərin geyindiyi formanın əsas istehsalçısı Bakı Tikiş Evidir. Bu fabrikin məktəbli forması bazarında əsas istehsalçı olması qiymətlərin diktə edilməsinə gətirib çıxarır.
Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki, məktəbli formalarının standartları hazırlanmayıb. Bununla belə, S.Babayeva məktəbli formalarının seçiminin məktəb pedaqoji şuralarına həvalə olunmasının sövdələşməyə yol açacağı qənaətindədir. S.Babayeva deyir ki, hazırda istifadədə olan məktəbli formalarının seçim qərarı da məktəb pedaqoji şuralarına həvalə olunmuşdu. Amma sonra bütün məktəblərdə valideynlərin eyni formanı seçdiyi və tikilişinin bir şirkətə həvalə olunduğu üzə çıxdı:
"Bu gün də hazırda istifadə olunan məktəbli formaları əsasən bir tikiş müəssisəsi tərəfindən tikilir. Halbuki, ölkədə bu işi daha yaxşı bacaran tikiş müəssisələri də var. Nədənsə formanın tikilişi üçün onlara şərait yaradılmadı".
© Sputnik / Zulfiyya GuluyevaMəktəbli forması
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Məktəbli forması
Direktorlar sövdələşməyə gedə bilərmi?
S.Babayeva bildirir ki, məktəbli formalarının tikilməsində məktəb direktorlarının tikiş müəssisələri ilə sövdələşməyə gedəcəyi qaçılmazdır:
"Heç kəs zəmanət vermir ki, bu işə məktəb direktorları qarışmayacaq. Məktəb direktorları ya da pedaqoji şuralar məktəbli forması istehsalını öz əlaqəsi olan tikiş müəssisəsinə və yaxud satış obyektinə həvalə edə bilər".
Müəssisə rəhbəri belə hallar baş verərsə, məktəbli forması bazarında yenidən monopoliyanın olacağını söyləyir. Onun sözlərinə görə, bu isə məktəbli formasının istehsalında keyfiyyət və qiymət məsələsinə təsirsiz ötüşməyəcək:
"Heç kəs zəmanət vermir ki, yeni məktəbli formaları ölkədə istehsal olunacaq. Bunun üçün antiinhisar tədbirləri görülməlidir. Bu işdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti Dövlət Xidəti birgə iş aparmalıdır ki, ölkəyə Çindən keyfiyyətsiz və ucuz məktəbli forması gətirilməsin".
S.Babayeva qeyd edib ki, məktəbli formasının tikilişində uzun illər məktəb forması istehsalı ilə məşğul olan tikiş müəssisələrinə üstünlüyün verilməsi daha yaxşı olardı.
Qiymət nə qədər olacaq?
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov isə bildirib ki, hələ qiymətlər barədə nəsə demək tezdir:
"Dörd model üzrə yay-qış formaları var. Parça sifariş olunmalıdır. Ondan sonra qiymətlər müəyyənləşdiriləcək. İstehsalçı olaraq onu deyə bilərik ki, bizə hansı nümunədə sifariş olsa, hazırlaya bilərik".
Valideynlər məktəbli formasına xeyli pul xərcləməli olacaqlar
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni məktəbli formalarının tətbiqi validyenlərin büdcəsinə əhəmiyyətli təsir edəcək:
"Çünki, geyimlər qış və yay formalarından ibarət olacaq. Məktəbli formaları 3 tədris ili ərzində dəyişilməz olaraq qalsa da, valideynlər məcbur olacaq ki, aşağı sinifdə oxuyan uşağına bir, yuxarı sinifdə təhsil alan uşağına digər forma alsın. Bir ailədən bir neçə uşağın məktəbə getdiyini nəzərə alsaq, valideynlər məktəbli formasına xeyli pul xərcləməli olacaqlar".
© Sputnik / Irade JELILЭксперт по образованию Кямран Асадов
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Эксперт по образованию Кямран Асадов
K.Əsədov hesab edir ki, yeni tədris ilindən tətbiq ediləcək məktəbli formaları ilə bağlı məktəb direktorlarının qazanc güdməsi mümkün olmayacaq. Çünki, bu qərarı pedaqoji şuralar verəcək.
Valideynlər seçəcək, yoxsa məktəb direktorları?
Qeyd edək ki, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, məktəblə istehsalçının birgə işləməsi hansısa pul söhbətlərinə səbəb olacaq deyə geyim formalarının alınması valideynlərin ixtiyarına veriləcək:
"Bu valideyn və uşağın seçiminə buraxılıb. Paltarın bir funksiyası da bədənin defektlərini örtmək, bədənə harmonik görünüş verməkdir. Qız uşaqları bu işdə həssasdırlar. Onlar bədən quruluşlarına görə nümunə verilən 3 ətəkdən birini seçə bilərlər. Məktəbli formalarının parçası aşınmaya davamlı, möhkəm, qırışmayan, yuyulanda balacalaşmayan və şagirdin sağlamlığına ziyan vurmayan olmalıdır".
Xatırladaq ki, yeni qərara əsasən təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və "məktəbli forması" sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.
Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
Məktəblər üçün bu Sənədin 2-5 nömrəli əlavələrində nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 29.03.2022
TƏHSİL
Yeni məktəbli formaları gələn təhsil ilindən qüvvəyə minəcək
Xəbər lenti
0