https://sputnik.az/20220401/medeniyyet-naziri-turksoy-un-yeni-bas-katibi-ile-gorusub-440705163.html
Mədəniyyət naziri TÜRKSOY-un yeni Baş katibi ilə görüşüb
Mədəniyyət naziri TÜRKSOY-un yeni Baş katibi ilə görüşüb
Sputnik Azərbaycan
Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız... 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T17:46+0400
2022-04-01T17:46+0400
2022-04-01T17:46+0400
anar kərimov
mədəniyyət
türksoy
şuşa şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/19/428015703_0:0:2001:1125_1920x0_80_0_0_e838e8839035da68ae3cf57fcb3dc128.jpg
BAKI, 1 aprel — Sputnik. Mədəniyyət naziri Anar Kərimovun TÜRKSOY-un yeni Baş katibi Sultan Rayevlə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub.Nazir A.Kərimov Sultan Rayevə yeni vəzifəsində uğurlar arzulayaraq, bu şərəfli yolda türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib.Sultan Rayev də öz növbəsində nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidənqurmasının önəmindən də danışıb. Bildirib ki, bunu etsək, türk mənəviyyatını da dirçəldərik.Nazir Anar Kərimov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə də görüşüb.Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar.Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə də maraqlı müzakirələr aparılıb.Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.Görüş hər iki tərəfi maraqlandıran müzakirələrlə davam edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220331/susa-turk-dunyasinin-medeniyyet-paytaxti-elan-edilib-440654263.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/19/428015703_0:0:1773:1330_1920x0_80_0_0_82a8a4821cd630b4a6de3130dd9402b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar kərimov, türksoy, şuşa şəhəri
anar kərimov, türksoy, şuşa şəhəri
Mədəniyyət naziri TÜRKSOY-un yeni Baş katibi ilə görüşüb
Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar
BAKI, 1 aprel — Sputnik. Mədəniyyət naziri Anar Kərimovun TÜRKSOY-un yeni Baş katibi Sultan Rayevlə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub.
Nazir A.Kərimov Sultan Rayevə yeni vəzifəsində uğurlar arzulayaraq, bu şərəfli yolda türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib.
Sultan Rayev də öz növbəsində nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidənqurmasının önəmindən də danışıb. Bildirib ki, bunu etsək, türk mənəviyyatını da dirçəldərik.
Nazir Anar Kərimov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə də görüşüb.
Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar.
Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə də maraqlı müzakirələr aparılıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.
Görüş hər iki tərəfi maraqlandıran müzakirələrlə davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.