Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Həftənin əsas hadisələri: 28 mart - 1 aprel

Abbas, [01.04.2022 17:42]
Abunə olmaq
Azərbaycan və Ermənistan liderləri arasında gözlənilən görüş ərəfəsində İstanbulda, Brüsseldə Rusiya və Ukrayna arasında danışıqlar aparılıb. Ötən həftənin bu və digər hadisələrini videomuzda izləyin.
Bu həftə Rusiya-Ukrayna danışıqlarının növbəti, dördüncü raundu baş tutub. Rusiya və Ukrayna nümayəndə heyətləri bu dəfə İstanbulda görüşüblər. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Ukrayna, əslində, Rusiyanın NATO-ya qoşulmamaq və xarici hərbi bazaların yerləşdirilməsindən imtina etmək kimi fundamental tələbləri ilə razılaşıb.
O, Ukraynanın NATO-ya üzv olmaqdan imtinanı, Ukraynanın blokdan kənar statusunu müəyyən etməyi, nüvə silahından imtinanı, habelə nüvə silahına malik olmaq, əldə etmək və inkişaf etdirməkdən imtinanı nəzərdə tutan gələcək mümkün sazişin prinsiplərini kağız üzərində qeyd olunmuş vəziyyətdə təqdim edildiyini vurğulayıb.
"Ukrayna Rusiyanın son illərdə israr etdiyi fundamental tələbləri yerinə yetirməyə hazır olduğunu bəyan edib", - deyə Medinski bildirib.
Bunun ardınca Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib.
Bu arada Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın iştirakı ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
İştirakçılar siyasi vəziyyətə nəzər salaraq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
O cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Bundan əlavə, bu həftə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Danışıqlar zamanı 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi təsdiq edilib.
Martın 31-də Azərbaycanda 1918-ci il soyqırımı qurbanlarının xatirəsi anılıb. 1918-ci il martın 28-də başlayan qırğın üç gün davam etmiş və təkcə Bakıda minlərlə dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmişdi.
Ötən həftənin daha bir mühüm hadisəsi Şuşa şəhərinin 2023 - cü il üçün türk dünyasının paytaxtı elan edilməsidir. Bu barədə qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul edilib.
Və nəhayət, aprelin 2-də Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, aprelin 1-dən 2-nə keçən gecə səmada yeni ay görünəcək və bu, Ramazan ayının ilk gününün başlanğıcına işarə edəcək. Müsəlmanlar üçün müqəddəs Ramazan ayı boyunca möminlər öz nəfislərinə sahib çıxmaq və mənəvi təmizlənmənin əlaməti olaraq gündəlik oruc tuturlar.
Xəbər lenti
0