Fotolent. Salvadorda qətllərin artması: ölkədə fövqəladə vəziyyət elan edilib
Fotolent. Salvadorda qətllərin artması: ölkədə fövqəladə vəziyyət elan edilib
Sputnik Azərbaycan
Salvador konqresi ölkədə cinayətkar qruplaşmalara aid edilən qətllərin sayında kəskin artım qeydə alındıqdan sonra fövqəladə vəziyyət rejimini təsdiqləyib. 01.04.2022, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Tədbirlər 26 mart, şənbə günü Mərkəzi Amerika ölkəsində 62 qətl hadisəsinin qeydə alınmasından sonra görülüb və bu, hazırki əsrin ən qəddar gününə çevrilib."Biz hökumətimizin salvadorluların həyatını qorumağa və cinayətkarlığın qarşısını almağa imkan verəcək fövqəladə rejimi təsdiqləyirik", - deyə Konqresin prezidenti Ernesto Kastro bazar günü, səhər saatlarında növbədənkənar iclasdan sonra qeyd edib.Konqres toplaşma azadlığının məhdudlaşdırılmasını, yazışmaların və əlaqələrin toxunulmazlığını, habelə inzibati həbs müddətinin uzadılmasını əhatə edən fövqəladə tədbirləri təsdiqləyib. O, həmçinin həbsin səbəbi barədə məlumat almaq və həbs edildikdə vəkillə əlaqə saxlamaq hüququnu da məhdudlaşdıracaq və 72 saatdan artıq müddətə inzibati həbsə icazə verəcək.Ölkədə 2021-ci ildə 1140 qətl hadisəsi qeydə alınıb - hər 100.000 nəfərə orta hesabla 18 ölüm düşür, ancaq bu say 1992-ci ildə vətəndaş müharibəsinin bitməsindən bu yana əhəmiyyətli dərəcədə azdır.
Salvador konqresi ölkədə cinayətkar qruplaşmalara aid edilən qətllərin sayında kəskin artım qeydə alındıqdan sonra fövqəladə vəziyyət rejimini təsdiqləyib.
BAKI, 1 aprel — Sputnik. Tədbirlər 26 mart, şənbə günü Mərkəzi Amerika ölkəsində 62 qətl hadisəsinin qeydə alınmasından sonra görülüb və bu, hazırki əsrin ən qəddar gününə çevrilib.
"Biz hökumətimizin salvadorluların həyatını qorumağa və cinayətkarlığın qarşısını almağa imkan verəcək fövqəladə rejimi təsdiqləyirik", - deyə Konqresin prezidenti Ernesto Kastro bazar günü, səhər saatlarında növbədənkənar iclasdan sonra qeyd edib.
2015-ci ildə təxminən 6,5 milyon əhalisi olan Salvadorda hər 100 000 nəfərə 103 qətl hadisəsi qeydə alınıb ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
2015-ci ildə təxminən 6,5 milyon əhalisi olan Salvadorda hər 100 000 nəfərə 103 qətl hadisəsi qeydə alınıb ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
Salvador prezidenti Nayib Bukele Konqresdən toplaşma azadlığının məhdudlaşdırılması, habelə inzibati həbsin müddətinin uzadılmasını əhatə edən fövqəladə tədbirlərin təsdiqlənməsini xahiş edib.
Salvador prezidenti Nayib Bukele Konqresdən toplaşma azadlığının məhdudlaşdırılması, habelə inzibati həbsin müddətinin uzadılmasını əhatə edən fövqəladə tədbirlərin təsdiqlənməsini xahiş edib.
"Bütün sərt rejimli həbsxanalarda kameraların hamısı 24/7 bağlanıb, heç kim çölə çıxmır. Bu dəstələrə mesajdır: sizin hərəkətləriniz ucbatından indi sizin "ev oğlanlarınız" günəş işığına həsrət qalacaqlar".

Prezidentin sözlərinə görə, həbsxanalarda yeməyin miqdarı rasionallaşdırılacaq və o, "bu terrorçuları qidalandırmaq üçün məktəblərdən büdcə götürməyəcək".
Prezidentin sözlərinə görə, həbsxanalarda yeməyin miqdarı rasionallaşdırılacaq və o, "bu terrorçuları qidalandırmaq üçün məktəblərdən büdcə götürməyəcək".
Salvadorda törədilən cinayətlərin ardınca Syudad-Barrios həbsxanasında axtarış zamanı dəstə üzvləri çöldə sıra ilə düzülüblər.
Konqres toplaşma azadlığının məhdudlaşdırılmasını, yazışmaların və əlaqələrin toxunulmazlığını, habelə inzibati həbs müddətinin uzadılmasını əhatə edən fövqəladə tədbirləri təsdiqləyib. O, həmçinin həbsin səbəbi barədə məlumat almaq və həbs edildikdə vəkillə əlaqə saxlamaq hüququnu da məhdudlaşdıracaq və 72 saatdan artıq müddətə inzibati həbsə icazə verəcək.
Ölkədə 2021-ci ildə 1140 qətl hadisəsi qeydə alınıb - hər 100.000 nəfərə orta hesabla 18 ölüm düşür, ancaq bu say 1992-ci ildə vətəndaş müharibəsinin bitməsindən bu yana əhəmiyyətli dərəcədə azdır.