Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"EXPO-2020"nin möhtəşəm bağlanış mərasimi keçirilib

Abbas, [01.04.2022 15:39]
Abunə olmaq
Dubayda "EXPO-2020-nin möhtəşəm bağlanış mərasimi keçirilib. Yaxın Şərqdə keçirilən ilk Ümumdünya Sərgisi altı ay davam edib. Əmirliklər, 192 iştirakçı ölkənin hər birinin öz pavilyonunda yerləşməsi ilə fərqləniblər.
Yeri gəlmişkən, belə bir hadisə "EXPO"nun bütün 170 illik tarixində heç vaxt olmayıb.
Bağlanış mərasiminin aktyor heyətinə 56 ölkədən 400-dən çox insan və könüllü daxil olub. Məşhur müğənnilər Kristina Aqilera və Norah Cons, həmçinin violonçelist Yo-Yo Ma tamaşaçılar üçün heyrətamiz ab-hava yaradıblar. Mərasimin kulminasiya nöqtəsi "EXPO"nun estafeti Yaponiyaya təhvil verilməsi olub. Sərgi 2025-ci ildə Osaka şəhərində keçiriləcək.
30 ilə yaxındır ki, Expo ümumdünya sərgilərini qiymətləndirən məşhur "EXHIBITOR" jurnalının ənənəvi olaraq təşkil etdiyi müsabiqədə Azərbaycan Pavilyonu "Dubai Expo-2020"də "Ən yaxşı orta ölçülü pavilyon" və "Mövzunu daha yaxşı təqdim edən pavilyon" adına layiq görülüb.
Bundan əlavə, Azərbaycanın milli pavilyonu ənənəvi olaraq hər sərginin sonunda keçirilən ziyarətçi və könüllülərin ümumi səsverməsinin yekunlarına əsasən ən gözəl və ziyarət edilən pavilyonlar sırasındadır.
Xəbər lenti
0