https://sputnik.az/20220401/cbari-tibbi-sigorta-agentliyi-derman-satisina-dair-tenderin-qalibini-elan-edib-440685140.html
İcbari Tibbi Sığorta Agentliyi dərman satışına dair tenderin qalibini elan edib
İcbari Tibbi Sığorta Agentliyi dərman satışına dair tenderin qalibini elan edib
Sputnik Azərbaycan
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Qalib şirkətə 3,474 milyon manat ödəniləcək. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T13:44+0400
2022-04-01T13:44+0400
2022-04-01T13:44+0400
manat
səhiyyə
tender
dərman
dərman preparatı
icbari tibbi sığorta üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 1 aprel — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Dağınıq skleroz xəstələrinin müalicəsi, profliktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı” üzrə nəzərədə tutulan dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, keçirilən tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Qalib şirkətə 3,474 milyon manat ödəniləcək.Xatırladaq ki, COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasına hazırlıq mərhələsində vaksin preparatlarının saxlanılması üçün "soyuq zəncir" sistemi genişləndirilib, peyvənd məntəqələri təşkil olunub.Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri həyata keçirilib. "Soyuq zəncir" sisteminin gücləndirilməsi üçün əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd -860C-li soyuducu avadanlıq alınıb.2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat (o cümlədən dövlət büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 279,9 milyon) manat istifadə olunub.Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, tender, dərman, dərman preparatı, icbari tibbi sığorta üzrə dövlət agentliyi
manat, tender, dərman, dərman preparatı, icbari tibbi sığorta üzrə dövlət agentliyi
İcbari Tibbi Sığorta Agentliyi dərman satışına dair tenderin qalibini elan edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Qalib şirkətə 3,474 milyon manat ödəniləcək.
BAKI, 1 aprel — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Dağınıq skleroz xəstələrinin müalicəsi, profliktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı” üzrə nəzərədə tutulan dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, keçirilən tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Qalib şirkətə 3,474 milyon manat ödəniləcək.
Xatırladaq ki, COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasına hazırlıq mərhələsində vaksin preparatlarının saxlanılması üçün "soyuq zəncir" sistemi genişləndirilib, peyvənd məntəqələri təşkil olunub.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri həyata keçirilib. "Soyuq zəncir" sisteminin gücləndirilməsi üçün əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd -860C-li soyuducu avadanlıq alınıb.
2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat (o cümlədən dövlət büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 279,9 milyon) manat istifadə olunub.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.