https://sputnik.az/20220401/britaniya-minalarla-mubarize-uzre-aparici-ekspertlerini-azerbaycana-gonderir--440687140.html
Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir
Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir
Sputnik Azərbaycan
Səfir qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə... 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T12:28+0400
2022-04-01T12:28+0400
2022-04-01T12:51+0400
azərbaycan
azərbaycan xəbərləri
britaniya
böyük britaniyanın azərbaycandakı səfiri
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348210_0:0:3072:1728_1920x0_80_0_0_2c6fb20d98418818d67ecb405cf6c82b.jpg
BAKI, 1 aprel — Sputnik. "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri" adlı beynəlxalq konfransda çıxış etməkdən məmnunam. Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir.Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter səhifəsində yazıb.O qeyd edib ki, qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə gözləyir.Qeyd edək ki, konfransın gündəliyini minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edir. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348210_341:0:3072:2048_1920x0_80_0_0_333698d0b4e36fd9470b684c4ce232c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, britaniya, böyük britaniyanın azərbaycandakı səfiri
azərbaycan, britaniya, böyük britaniyanın azərbaycandakı səfiri
Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir
12:28 01.04.2022 (Yenilənib: 12:51 01.04.2022) Səfir qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə gözləyir.
BAKI, 1 aprel — Sputnik. "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri" adlı beynəlxalq konfransda çıxış etməkdən məmnunam. Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter səhifəsində yazıb.
O qeyd edib ki, qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə gözləyir.
Qeyd edək ki, konfransın gündəliyini minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.
Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edir. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.