Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Belqoroddakı neft bazasına endirilən hava zərbəsi araşdırılacaq

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidRusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Qeyd olunur ki, mövcud məlumatlara görə, Ukrayna helikopterləri Belqorod şəhərinin kənarında yerləşən mülki neft anbarına raket hücumu həyata keçirib və bu yanğına səbəb olub.
BAKI, 1 aprel - Sputnik. Rusiya İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkin Belqorodun kənarında neft məhsullarının saxlanması üçün mülki obyektə aviazərbənin endirilməsinin təfərrüatlarını araşdırmağı tapşırıb. Bu barədə RİA Novosti RF İK-nin Telegram kanalına istinadən xəbər verir.
xatıarladaq ki, cümə günü səhər saatlarında Belqorodda neft bazasında yanğın baş verib. Regionun rəhbəri Vyaçeslav Qladkovun sözlərinə görə, bu, aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan iki Ukrayna helikopterinin endirdiyi zərbənin nəticəsidir.
Belqorod hakimiyyəti və “Rosneft”in nümayəndəsi qeyd edib ki, yanğın nəticəsində tələfat yoxdur.
“Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr İvanoviç Bastrıkin mərkəzi aparatın müstəntiqlərinə Belqorodda ukraynalı yaraqlıların hava hücumunun şəraitini araşdırmağı və cavabdehlərin müəyyən edilməsini tapşırıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, mövcud məlumatlara görə, Ukrayna helikopterləri Belqorod şəhərinin kənarında yerləşən mülki neft anbarına raket hücumu həyata keçirib və bu yanğına səbəb olub.
"Şöbə rəisi müstəntiqlərə hava hücumunda iştirak edənləri, o cümlədən pilotları və onların komandirlərini müəyyən etməyi tapşırıb", - məlumatda əlavə edilib.
Cümə günü axşam Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynanın iki hücum helikopteri cümə günü səhər saat 5-də Belqorod şəhərinin kənarındakı mülki obyektə raketlərin ayrı-ayrı çənləri vurması nəticəsində hücum edib və hadisənin Rusiya silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya MN rəsmisi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 01.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya aviasiyası bir gündə Ukraynanın 40 hərbi obyektini vurub
Xəbər lenti
0