Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya aviasiyası bir gündə Ukraynanın 40 hərbi obyektini vurub

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya MN rəsmisi İqor Konaşenkov
Rusiya MN rəsmisi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Rusiya hava hücumundan müdafiə sistemləri Qulyaypole yaxınlığında Ukraynaya məxsus Mi-24 helikopterini vurub.
BAKI, 1 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası sutka ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən “Buk-M1” və “Osa” zenit-raket komplekslərini vurub. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
"Gün ərzində operativ-taktiki aviasiya Ukraynanın 40 hərbi obyektini vurub", - deyə Konaşenkov brifinqdə bildirib.
O aydınlaşdırıb ki, təsirə məruz qalan obyektlər arasında iki zenit-raket kompleksi - Muraxov vilayətində Buk-M1 və Velikie Novoselki rayonunda bir Osa buraxılış qurğusu, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 32 ərazi var.
Konaşenkov onu da bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Qulyaypole yaxınlığında Ukraynaya məxsus Mi-24 helikopterini vurub.
“Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Qulyaypole ərazisində havada bir Mi-24 helikopterini, Novomixaylovka, İzyum və Xarkov ərazilərində isə Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Prezidenti Putin və Türkiyə Prezidenti Ərdoğan - Sputnik Azərbaycan, 1920, 01.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya və Türkiyə prezidentləri nədən danışıblar
Xəbər lenti
0