CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bəzi küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Ilya Pitalaev / Mediabanka keçidYolda təmir işləri, arxiv şəkli
Yolda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan ərazilərdə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur
BAKI, 1 aprel — Sputnik. Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib. Belə ki, 2 aprel saat 9:00-dan, 3 aprel saat 20: 00-dək təmir işləri aparılacaq.
Bildirilib ki, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.
Buna görə AAYDA sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elektrokar - Sputnik Azərbaycan, 1920, 29.03.2022
CƏMİYYƏT
Ekoloji təmiz nəqliyyatla bağlı Yol Xəritəsi hazırlanıb
Xəbər lenti
0