https://sputnik.az/20220401/azerbaycan-qislayan-quslarin-sayina-gore-avropada-on-siralardadir-440691997.html
Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır
Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır
Sputnik Azərbaycan
Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlaması müşahidə olunub. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T15:27+0400
2022-04-01T15:27+0400
2022-04-01T15:27+0400
azərbaycan
cəmiyyət
quş
avropa
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813566_0:103:2000:1228_1920x0_80_0_0_e99325e6a813d1ec04d19722e07d03bc.jpg
BAKI, 1 aprel — Sputnik. Ölkəmiz qışlayan quşların sayına görə Avropada ön sıralardadır.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.Xidmət rəsmisinin sözlərinə görə, respublikada yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib: "Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitabı”nda yer alıb. Bu il Azərbaycanda quşların sayımı aparılıb. Müəyyən edilib ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm 1 milyonu ötür. Mütəxəssislər quşların sayımını aparan zaman ölkədə bu il təkcə 110 min bəzgək quşunu qeydə alıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib".Qeyd olunub ki, əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb. Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlaması müşahidə olunub.O bildirib ki, Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur: "Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə yerləşir. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”.Qeyd edək ki, vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. 1902-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813566_114:0:1887:1330_1920x0_80_0_0_0bbbde1eb8cb44f8ba8d557896bf7a44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, quş, avropa
Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır
Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlaması müşahidə olunub.
BAKI, 1 aprel — Sputnik. Ölkəmiz qışlayan quşların sayına görə Avropada ön sıralardadır.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, respublikada yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib: "Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitabı”nda yer alıb. Bu il Azərbaycanda quşların sayımı aparılıb. Müəyyən edilib ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm 1 milyonu ötür. Mütəxəssislər quşların sayımını aparan zaman ölkədə bu il təkcə 110 min bəzgək quşunu qeydə alıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib".
Qeyd olunub ki, əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb. Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlaması müşahidə olunub.
O bildirib ki, Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur: "Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə yerləşir. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”.
Qeyd edək ki, vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. 1902-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.