SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yeni imkanlar yaranıb"

© Photo : MFA AzerbaijanCeyhun Bayramov
Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Ceyhun Bayramov deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Sazişin çox yaxın zamanda tamamlanması gözlənilir.
BAKI, 31 mart — Sputnik. Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sazişə malikdir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Sazişin çox yaxın zamanda tamamlanması gözlənilir.
Nazir vurğulayıb ki, Azərbaycan Polşa ilə münasibətlərin inkişaf etməsinə diqqət yetirir. Bu ilin ikinci yarısında Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Xarici işlər naziri Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni imkanlar yaranıb:

"Ermənistandan Azərbaycanın sülh təklifinə bir ildən artıqdır müsbət reaksiya verilməyib. Bir ay bundan əvvəl də biz təkliflər vermişik. Azərbaycan tərəfi bununla bağlı da cavab gözləməkdədir. Biz narahatıq ki, regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır. ATƏT üçün etimadın artırılması çox önəmlidir".

Nazir əlavə edib ki, ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır.
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau mətbuat konfransında bildirib ki, Bakıya əsasən ATƏT-in fəaliyyətdə olan sədri qismində gəlib:
"Vurğulayım ki, Polşanın Azərbaycanla çox sağlam ikitərəfli münasibətləri var. Regionda təhlükəsizlik vəziyyətinin hələ də kövrək olaraq qalmasından narahatıq. ATƏT üçün etimadın artırılması çox önəmlidir".
ATƏT sədri Ermənistana xəbərdarlıq edəcəyini bildirib:
"Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 31.03.2022
SİYASƏT
İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır"
Xəbər lenti
0