Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Naxçıvanda məktəbdə uçqun barədə rəsmi açıqlama

© Photo : APANaxçıvanda məktəb çöküb
Naxçıvanda məktəb çöküb - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
BAKI, 31 mart — Sputnik. Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb. Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
Təhsil Nazirliyi məsələ barədə Sputnik Azərbaycan-a açıqlama verib.
Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0