Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hərraclarda qiymətlərin azalması və rublun güclənməsi qeydə alınıb

© Sputnik / Мария ДевахинаRubl
Rubl  - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Neft qiymətləri ABŞ hökumətinin enerji qiymətlərini endirmək üçün hazırladığı tədbirləri gözləyərək enişə doğru istiqamətlənib.
BAKI, 31 mart — Sputnik. Martın 31-də hərraclarda qiymətlərin azalması və rublun güclənməsi qeydə alınıb.
Neftin qiymətləri bir gün əvvəl baş verən əhəmiyyətli artımdan sonra aktiv şəkildə azalır.
Belə ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri cümə axşamı Bakı vaxtı ilə 9:30-a əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 4,82% azalaraq bir barel üçün 107,98 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda "WTI" markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 101,47 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 5,89% aşağıdır.
Neft qiymətləri ABŞ hökumətinin enerji qiymətlərini endirmək üçün hazırladığı tədbirləri gözləyərək enişə doğru istiqamətlənib. Cümə axşamı prezident Co Baydenin ABŞ bazarında enerji qiymətlərinin aşağı salınmasına yönəlmiş bir sıra tədbirlər təqdim edəcəyi gözlənilir.
Ağ Ev təfərrüatları açıqlamasa da, Bloomberg məsələ ilə tanış olan şəxslərə istinadən bildirir ki, Bayden administrasiyası artan benzin qiymətləri və tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün bir neçə ay ərzində ABŞ-ın strateji ehtiyatlarından gündə təxminən 1 milyon barel neft buraxmağı düşünür.
Qızılın qiyməti ucuzlaşır
Martın 31-də səhər saatlarında qızılın qiyməti bir gün əvvəl 1% bahalaşdıqdan sonra korreksiyanın bir hissəsi olaraq enir.
Bakı vaxtı ilə saat 9:55-ə olan məlumata görə, Nyu-York Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 12,3 dollar və ya 0,64% ucuzlaşaraq 1 troya unsiyası üçün 1921,2 dollar təşkil edib. Gümüşün may fyuçersləri 1,58% ucuzlaşaraq bir unsiya üçün 24,712 dollar olub.
Cümə axşamı səhər qiymətli metal bir gün əvvəl 1.1% bahalaşdıqdan sonra korrektiv enişlə üzləşib. Mənfi dinamika investorların qazanc əldə etməsi ilə də bağlı ola bilər.
Buna baxmayaraq, qızılın qiyməti Ukrayna ətrafında davam edən gərginlik səbəbindən bir troy unsiyası üçün 1900 dollar səviyyəsindən yuxarı qalmaqda davam edir. Wall Street Journal-ın yazır ki, SPI Asset Management analitiklərinin fikrincə, qızıl təkcə geosiyasi gərginlik dövründə əla şəxsi və aktiv idarə olunan investisiya fondu (hedge fund) olmaqla yanaşı, həm də inflyasiya və hətta mümkün Fed siyasət səhvinə qarşı qoruma təmin edir.
Xam metallar uculaşıb
Ticarət məlumatlarına görə, martın 31-də səhər saatlarında misin qiyməti dolların möhkəmlənməsi ilə azalır.
Bakı vaxtı ilə saat 9:15-ə olan məlumata görə, Comex birjasında misin may fyuçersləri 0,75% ucuzlaşıb - bir funt üçün 4,7105 dollar (təxminən 0,45 kiloqram).
Çərşənbə günü London Metal Birjasında LME-də üç ay ərzində çatdırılma ilə bir ton misin dəyəri 0,49% - 10,367,5 dollara, alüminium - 3,35% artaraq 3,551 dollara qədər artıb.
Misin dinamikası ABŞ valyutasının məzənnəsindən asılıdır. Beləliklə, daha bahalı dollarla əmtəələrin alınması daha az cəlbedici olur. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,13% artaraq 97,91 bənd təşkil edir.
Bundan əlavə, onun ən böyük idxalçısı Çinlə bağlı statistik məlumatlar misin maya dəyərinin azalmasına kömək edir. Martda ölkənin sənaye sektorunda işgüzar aktivlik indeksi "PMI" bir ay əvvəlki 50,2 bənddən 49,5 bəndədək azalıb. Analitiklər bu rəqəmin 49,9 bal olacağını gözləyirdilər.
Rubl möhkəmlənməkdə davam edir
Cümə axşamı, martın 31-də keçirilən ticarətin açılışında rubl dollar və avroya nisbətdə bahalaşır. Belə ki, Bakı vaxtı ilə saat 10:30-a olan dolların məzənnəsi 84,08 rubla, avronun məzənnəsi isə 93,69 rubla düşüb.
Bununla yanaşı, çərşənbə günü səhər Rusiya rublunun manata nisbətdə rəsmi məzənnəsi də bahalaşaraq 0,0204 manat olub.
Cümə axşamı günü hərraclar xammalın ucuzlaşması və rublun möhkəmlənməsi ilə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Манаты и рубли разных номиналов, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2022
İQTİSADİYYAT
Azərbaycanda rubl kəskin bahalaşdı
Xəbər lenti
0