https://sputnik.az/20220331/fitre-zekati-niye-10-15-manat-hesablanib-440623021.html
Fitrə zəkatı niyə 10-15 manat hesablanıb?
Fitrə zəkatı niyə 10-15 manat hesablanıb?
Sputnik Azərbaycan
Əgər bazar qiyməti ilə hesablasaq xurmanın kiloqramı 20-28 manatdır. Bu isə adambaşına ən azı 60 manat fitrə pulu deməkdir. 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T07:21+0400
2022-03-31T07:21+0400
2022-03-31T07:21+0400
fitrə
cəmiyyət
ramazan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426597479_0:0:3007:1691_1920x0_80_0_0_125fc4c2792725f6b3ffbc54a58e8115.jpg
BAKI, 31 mart — Sputnik. Azərbaycanda bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının məbləği açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Fitrə zəkatının məbləği birmənalı qarşılanmayıb. Sosial platformada adambaşına fitrə zəkatının 10-15 manatdan verilməsinin çox olduğu qənaətində olanlar az deyil.Sputnik Azərbaycan Qazılar Şurasının fitrə zəkatı üçün müəyyən etdiyi məbləğin adambaşına 10-15 manatdan hesablamasının səbəbini araşdırıb. Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məbləğ bazarda qiymətlərə əsasən müəyyən olunub: "Şəriət baxımından fitrə zəkatının məbləği üç kiloqram buğda, bu qədər düyü, yaxud da xurmanın qiymətində olmalıdır. İnsanın canının salamat qalması üçün Allah yolunda ayırdığı bədəninin zəkatıdır. Ən yaxşısı bazara və cibinə baxıb hərəkət etməkdir. İnsan var ki, onun illik gəliri çoxdur. Belə insanlar üç kiloqram xurmanın yaxud da düyünün pulu ilə fitrə zəkatı verməlidir. Elə insan da var ki, gəliri o qədər də çox deyil. Ailəsini dolandıraraq arxada bir qədər də pulu olan insanlar üç kiloqram buğdanın pulu dəyərində fitrə çıxara bilərlər. Bəzi insanlar da var ki, onun məvacibi, qazancı özlərinə çatmır. Həmin şəxslərə fitrə zəkatı vermək vacib deyil. Onlar bu barədə heç düşünməsin. Gözləsinlər ki, vacib buyrulanlar onlara gətirib fiktrə zəkatı versin".Axund bildirib ki, Qazilər Şurası fitrə zəkatının məbləğini bazardakı qiymətlərə uyğun hesablayıb: "Qazilər Şurası hesablayıb ki, 10-15 manat hazırkı bazar qiymətləri ilə üç kiloqram düyünün dəyərindədir. Bu, orta hesablamadır. Əgər bazar qiyməti ilə hesablasaq, xurmanın kiloqramı 20-28 manatdır. Bu isə adambaşına ən azı 60 manat fitrə pulu deməkdir. Biz orta hesabla fitrə zəkatını hesablamışıq".Axund qeyd etdi ki, fitrə bayram axşamı ayrılmalıdır. Və yaxşı olar ki, bayram namazı qılınana qədər ayrılan pul kasıb adamlara çatdırılsın ki, onlar da bayram süfrəsi aça bilsinlər.Fitrə əlsiz-ayaqsız, özünü idarə edə bilməyən insanlarla yanaşı kasıb, imkanı olmayan şəxslərə verilməlidir: "Şərt deyil ki, həmin şəxs əlsiz-ayaqsız olsun. Pul imkansıza, dolana bilməyən adama da verilə bilər. Yaxşı olar ki, ibadət əhlinə verilsin".İ.Səlimov bildirir ki, fitrə ayrılan zaman xüsusi duaya ehtiyac yoxdur: "Sadəcə olaraq demək olar ki, mən Allahın əmrini yerinə yetirib fitrə zəkatı ayırıram".Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək. Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf etməsi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426597479_0:0:2729:2047_1920x0_80_0_0_85581d390e20695e50b8f7d78a76a768.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
fitrə, ramazan
Fitrə zəkatı niyə 10-15 manat hesablanıb?
Əgər bazar qiyməti ilə hesablasaq xurmanın kiloqramı 20-28 manatdır. Bu isə adambaşına ən azı 60 manat fitrə pulu deməkdir.
BAKI, 31 mart — Sputnik. Azərbaycanda bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının məbləği açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Fitrə zəkatının məbləği birmənalı qarşılanmayıb. Sosial platformada adambaşına fitrə zəkatının 10-15 manatdan verilməsinin çox olduğu qənaətində olanlar az deyil.
Sputnik Azərbaycan Qazılar Şurasının fitrə zəkatı üçün müəyyən etdiyi məbləğin adambaşına 10-15 manatdan hesablamasının səbəbini araşdırıb. Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məbləğ bazarda qiymətlərə əsasən müəyyən olunub:
"Şəriət baxımından fitrə zəkatının məbləği üç kiloqram buğda, bu qədər düyü, yaxud da xurmanın qiymətində olmalıdır. İnsanın canının salamat qalması üçün Allah yolunda ayırdığı bədəninin zəkatıdır. Ən yaxşısı bazara və cibinə baxıb hərəkət etməkdir. İnsan var ki, onun illik gəliri çoxdur. Belə insanlar üç kiloqram xurmanın yaxud da düyünün pulu ilə fitrə zəkatı verməlidir. Elə insan da var ki, gəliri o qədər də çox deyil. Ailəsini dolandıraraq arxada bir qədər də pulu olan insanlar üç kiloqram buğdanın pulu dəyərində fitrə çıxara bilərlər. Bəzi insanlar da var ki, onun məvacibi, qazancı özlərinə çatmır. Həmin şəxslərə fitrə zəkatı vermək vacib deyil. Onlar bu barədə heç düşünməsin. Gözləsinlər ki, vacib buyrulanlar onlara gətirib fiktrə zəkatı versin".
Axund bildirib ki, Qazilər Şurası fitrə zəkatının məbləğini bazardakı qiymətlərə uyğun hesablayıb: "Qazilər Şurası hesablayıb ki, 10-15 manat hazırkı bazar qiymətləri ilə üç kiloqram düyünün dəyərindədir. Bu, orta hesablamadır. Əgər bazar qiyməti ilə hesablasaq, xurmanın kiloqramı 20-28 manatdır. Bu isə adambaşına ən azı 60 manat fitrə pulu deməkdir. Biz orta hesabla fitrə zəkatını hesablamışıq".
Axund qeyd etdi ki, fitrə bayram axşamı ayrılmalıdır. Və yaxşı olar ki, bayram namazı qılınana qədər ayrılan pul kasıb adamlara çatdırılsın ki, onlar da bayram süfrəsi aça bilsinlər.
Fitrə əlsiz-ayaqsız, özünü idarə edə bilməyən insanlarla yanaşı kasıb, imkanı olmayan şəxslərə verilməlidir: "Şərt deyil ki, həmin şəxs əlsiz-ayaqsız olsun. Pul imkansıza, dolana bilməyən adama da verilə bilər. Yaxşı olar ki, ibadət əhlinə verilsin".
İ.Səlimov bildirir ki, fitrə ayrılan zaman xüsusi duaya ehtiyac yoxdur: "Sadəcə olaraq demək olar ki, mən Allahın əmrini yerinə yetirib fitrə zəkatı ayırıram".
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək. Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf etməsi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.