https://sputnik.az/20220331/birinci-vitse-prezident-azerbaycanlilarin-soyqirimi-gunu-ile-bagli-paylasim-edib-440638686.html
Birinci Vitse-prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Birinci Vitse-prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür. 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T11:35+0400
2022-03-31T11:35+0400
2022-03-31T11:38+0400
azərbaycan
cəmiyyət
31 mart azərbaycanlıların soyqırımı
birinci vitse-prezident
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426387139_142:314:1172:893_1920x0_80_0_0_d985cbd54c479547d087646ba51e1113.jpg
BAKI, 31 mart — Sputnik. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Twitter" hesabında paylaşım edib.Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".Qeyd edək ki, bu gün Azərbaycanda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır.Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulub.1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220331/nazir-mart-qirgininin-gunahsiz-qurbanlarini-huznle-ve-rehmetle-aniriq-440634500.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426387139_236:276:1058:893_1920x0_80_0_0_66b3238bbc9566f7472276887124418f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, 31 mart azərbaycanlıların soyqırımı, birinci vitse-prezident
azərbaycan, 31 mart azərbaycanlıların soyqırımı, birinci vitse-prezident
Birinci Vitse-prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
11:35 31.03.2022 (Yenilənib: 11:38 31.03.2022) Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.
BAKI, 31 mart — Sputnik. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Twitter" hesabında paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, bu gün Azərbaycanda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.
Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır.
Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulub.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.