https://sputnik.az/20220331/bir-coxlari--baligi-bu-usulla-bisirmeye-calissa-da-bu-qeder-dadli-alinmir-440531409.html
Bir çoxları balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır
Bir çoxları balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır
Sputnik Azərbaycan
Şirin su hövzələrində yaşayan Daban balığı (Karas) ən dadlı balıq növlərindəndir. Onu ləziz şəkildə hazırlayanlardan biri isə Qazax rayon sakini Mehrac... 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T19:40+0400
2022-03-31T19:40+0400
2022-03-31T19:40+0400
video
resept
azərbaycan
lənkəran
balıq
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440576609_0:0:960:540_1920x0_80_0_0_b4b911a254a983a9d2c479ea44b45f14.jpg
Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir.Əlli ildir ki rayonda bu balığın ən dadlı bişirəni kimi tanınan M.Mehdiyev Sputnik Azərbaycan-a daban balığının daha dadlı bişirilib süfrəyə verilməsi prosesini əyani olaraq göstərib.Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir. O, "karas" balığının bölgənin bütün çaylarnda olduğunu, lakin daha dadlısının xalq arasında Didvan gölü kimi tanınan Ağstafaçay su anbarından tutulduğunu deyir. Bişirilmyinə gəlincə isə aşpaz bunları deyir:"Karası bişirmək üçün əsas qalın çuqun tava olmalıdır. Qarğıdalı yağında bişirilməlidir. Güclü odda qızardılmalıdır. Bunun üçün əvvəlcə balıq suda yuyulub pulcuqları təmizlənir, qarnı yarılıb içalatı çıxardılır. Sonra qulağının dibindəki qəlsəmələri çıxarıram. Onlar çıxarılmasa balıq insanı zəhərləyə bilər. Eyni zamanda acı dad verir. Bundan sonra isə təmiz-təmiz yuyulur və qızardılma prosesi başlayır".Aşpaz balığın içinin yaxşı bişməsi üçün balığın ətinin üst qatının bıçaqla yarılmalı olduğuu deyir. Sonra isə duz, istiot və bir sıra ədviyyatların cəmindən hazırlanmış qatışığa batıraraq yağı qaynayan tavaya atır."Balıq 100 dərəcədə qaynamalıdır. Soyuq olsa dağılır. Bəzi adamlar balığı un ilə qızardır. Bu da olmaz. Un vuranda balığın üzü qızarır, amma içi çiy qalır",- deyə təcrübəli aşpaz bildirir.Aşpaz bu balığı yaşadığı bölgədə ondan yaxşı bişirənin olmadığını deyir. Onun sözlərinə görə çox adam balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır:"Səbəb budur ki, hər kəsin özünün əlinin dadı var. Həm də prosesin zamanlamasına düzgün əməl edilməlidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Bir çoxları balığı bu üsulla bişirməyə çalışsa da bu qədər dadlı alınmır
Sputnik Azərbaycan
Bir çoxları balığı bu üsulla bişirməyə çalışsa da bu qədər dadlı alınmır
2022-03-31T19:40+0400
true
PT1M10S
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440576609_120:0:840:540_1920x0_80_0_0_ff284584ade28c4ec32872786300f6cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
resept, azərbaycan, lənkəran, balıq, видео
resept, azərbaycan, lənkəran, balıq, видео
Bir çoxları balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır
Şirin su hövzələrində yaşayan Daban balığı (Karas) ən dadlı balıq növlərindəndir. Onu ləziz şəkildə hazırlayanlardan biri isə Qazax rayon sakini Mehrac Mehdiyevdir.
Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir.
Əlli ildir ki rayonda bu balığın ən dadlı bişirəni kimi tanınan M.Mehdiyev Sputnik Azərbaycan-a daban balığının daha dadlı bişirilib süfrəyə verilməsi prosesini əyani olaraq göstərib.
Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir. O, "karas" balığının bölgənin bütün çaylarnda olduğunu, lakin daha dadlısının xalq arasında Didvan gölü kimi tanınan Ağstafaçay su anbarından tutulduğunu deyir. Bişirilmyinə gəlincə isə aşpaz bunları deyir:
"Karası bişirmək üçün əsas qalın çuqun tava olmalıdır. Qarğıdalı yağında bişirilməlidir. Güclü odda qızardılmalıdır. Bunun üçün əvvəlcə balıq suda yuyulub pulcuqları təmizlənir, qarnı yarılıb içalatı çıxardılır. Sonra qulağının dibindəki qəlsəmələri çıxarıram. Onlar çıxarılmasa balıq insanı zəhərləyə bilər. Eyni zamanda acı dad verir. Bundan sonra isə təmiz-təmiz yuyulur və qızardılma prosesi başlayır".
Aşpaz balığın içinin yaxşı bişməsi üçün balığın ətinin üst qatının bıçaqla yarılmalı olduğuu deyir. Sonra isə duz, istiot və bir sıra ədviyyatların cəmindən hazırlanmış qatışığa batıraraq yağı qaynayan tavaya atır.
"Balıq 100 dərəcədə qaynamalıdır. Soyuq olsa dağılır. Bəzi adamlar balığı un ilə qızardır. Bu da olmaz. Un vuranda balığın üzü qızarır, amma içi çiy qalır",- deyə təcrübəli aşpaz bildirir.
Aşpaz bu balığı yaşadığı bölgədə ondan yaxşı bişirənin olmadığını deyir. Onun sözlərinə görə çox adam balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır:"Səbəb budur ki, hər kəsin özünün əlinin dadı var. Həm də prosesin zamanlamasına düzgün əməl edilməlidir".