https://sputnik.az/20220331/azerbaycanda-pambiq-sahelerinin-sigorta-movsumu-baslayib-440662231.html
Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başlayıb
Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başlayıb
Sputnik Azərbaycan
Sığorta üçün hesablanan aqrar sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T22:52+0400
2022-03-31T22:52+0400
2022-03-31T22:52+0400
pambıq
iqtisadiyyat
aqrar sığorta
fond
https://cdnn1.img.sputnik.az/img/42258/18/422581877_0:106:3073:1834_1920x0_80_0_0_f446502299e2589591287b48042c94ee.jpg
BAKI, 31 mart — Sputnik. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin yeni mövsüm üçün sığortalanmasına başlanılıb.Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aqrar sığorta pambıq sahəsini bütün əsas risklərdən qoruyur. Bura dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, leysan, vəhşi heyvanların hücumu, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri və sair aiddir.Aqrar sığorta qaydalarına əsasən sığorta üçün hesablanan aqrar sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Bölgələrdə əkilən pambıq bitkisi fermerlərə gəlir verməklə yanaşı, ölkəyə xaricdən böyük məbləğdə xarici valyutanın daxil olmasına dəstək verir. Belə ki, 2019-cu ildə xaricə pambıq ixracı ölkəmizə 124 milyon dollar, 2020-ci ildə 157 milyon dollar, 2021-ci ildə isə 273 milyon dollar gəlir gətirib.Pambıq sahəsinin sığortası üzrə sığorta haqqı ölkənin regionlarından asılı olaraq dəyişir. İstənilən halda fermer sığorta haqqının yalnız yarısını ödəyir. Məsələn, Saatlıda əkin sahəsi –4 hektar - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 30 sentner – 1 sentner məhsulun bazar qiyməti 50 manat olan pambıq sahəsindən hər hektara 1500 manat olmaqla, ümumilikdə 6 000 manatlıq məhsul gözlənilir. Bu sahəni baza zərfi ilə sığorta etmək üçün sığorta haqqı 6000 manat x 1,22 / 100 = 73,20 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını 36,6 manat ödəyir.Sözügedən pambıq sahəsini əlavə ödəniş təqdim etməklə leysan yağışları riskindən də sığortalamaq mümkündür. Leysan yağışları riski üzrə sığorta tarifi 0,2% təşkil edir. Bu halda leysan yağışından sığorta haqqı 12 manat təşkil edir. Fermer bu sığorta haqqının yalnız yarısını, yəni 6 manat ödəyir.Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/18/422581877_0:0:2731:2048_1920x0_80_0_0_a92004929b66aad903ab4ca6cc43ddd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pambıq, aqrar sığorta, fond
pambıq, aqrar sığorta, fond
Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başlayıb
Sığorta üçün hesablanan aqrar sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir
BAKI, 31 mart — Sputnik. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin yeni mövsüm üçün sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aqrar sığorta pambıq sahəsini bütün əsas risklərdən qoruyur. Bura dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, leysan, vəhşi heyvanların hücumu, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri və sair aiddir.
Aqrar sığorta qaydalarına əsasən sığorta üçün hesablanan aqrar sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Bölgələrdə əkilən pambıq bitkisi fermerlərə gəlir verməklə yanaşı, ölkəyə xaricdən böyük məbləğdə xarici valyutanın daxil olmasına dəstək verir. Belə ki, 2019-cu ildə xaricə pambıq ixracı ölkəmizə 124 milyon dollar, 2020-ci ildə 157 milyon dollar, 2021-ci ildə isə 273 milyon dollar gəlir gətirib.
Pambıq sahəsinin sığortası üzrə sığorta haqqı ölkənin regionlarından asılı olaraq dəyişir. İstənilən halda fermer sığorta haqqının yalnız yarısını ödəyir. Məsələn, Saatlıda əkin sahəsi –4 hektar - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 30 sentner – 1 sentner məhsulun bazar qiyməti 50 manat olan pambıq sahəsindən hər hektara 1500 manat olmaqla, ümumilikdə 6 000 manatlıq məhsul gözlənilir. Bu sahəni baza zərfi ilə sığorta etmək üçün sığorta haqqı 6000 manat x 1,22 / 100 = 73,20 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını 36,6 manat ödəyir.
Sözügedən pambıq sahəsini əlavə ödəniş təqdim etməklə leysan yağışları riskindən də sığortalamaq mümkündür. Leysan yağışları riski üzrə sığorta tarifi 0,2% təşkil edir. Bu halda leysan yağışından sığorta haqqı 12 manat təşkil edir. Fermer bu sığorta haqqının yalnız yarısını, yəni 6 manat ödəyir.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.
Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.
Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.
Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.