https://sputnik.az/20220330/xezer-mubahisesi-basa-catandan-sonra-turkmenistanla-ticaret-dovriyyemiz-bes-defe-artib-440613070.html
Xəzər mübahisəsi başa çatandan sonra Türkmənistanla ticarət dövriyyəmiz beş dəfə artıb
Xəzər mübahisəsi başa çatandan sonra Türkmənistanla ticarət dövriyyəmiz beş dəfə artıb
Sputnik Azərbaycan
Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T23:12+0400
2022-03-30T23:12+0400
2022-03-30T23:27+0400
azərbaycan
iqtisadiyyat
türkmənistan
xəzər
xəzər dənizi
aşqabad
https://cdnn1.img.sputnik.az/img/40869/95/408699507_0:0:3007:1691_1920x0_80_0_0_da980fee390623a53059c3166300647c.jpg
BAKI, 30 mart — Sputnik. Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz Forumu zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.Dövlət Neft Şirkəti sədrinin müavininin sözlərinə görə, Azərbaycan Xəzər regionu ölkələri ilə əməkdaşlıqda, Xəzərin potensialının açılmasında maraqlıdır və buna nail olmaq üçün birgə səylərə ehtiyac görür.Elşad Nəsirov qeyd edib ki, Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. Dövlətlər arasında strateji tərəfdaşlığa dair 100-dən çox sənəd imzalanıb.Xəzər dənizində "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanmasını xüsusi vurğulayan vitse-prezident nəqliyyat sahəsində də ikitərəfli əməkdaşlığın müəyyən irəliləyişi olduğunu əlavə edib."Dostluq" yatağıXatırladaq ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni "Aralıq" adlandırılıb. "Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.Hər iki respublika müstəqillik əldə etdikdən sonra, bu neft-qaz yatağı onlarin arasinda mübahisə predmeti olub.2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.Memorandumun təsdiqi2021-ci il fevralın 25-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40869/95/408699507_131:0:2862:2048_1920x0_80_0_0_55398b15fca7974e06d4336c10211637.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, türkmənistan, xəzər, xəzər dənizi, aşqabad
azərbaycan, türkmənistan, xəzər, xəzər dənizi, aşqabad
Xəzər mübahisəsi başa çatandan sonra Türkmənistanla ticarət dövriyyəmiz beş dəfə artıb
23:12 30.03.2022 (Yenilənib: 23:27 30.03.2022) Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır.
BAKI, 30 mart — Sputnik. Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz Forumu zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
Dövlət Neft Şirkəti sədrinin müavininin sözlərinə görə, Azərbaycan Xəzər regionu ölkələri ilə əməkdaşlıqda, Xəzərin potensialının açılmasında maraqlıdır və buna nail olmaq üçün birgə səylərə ehtiyac görür.
Elşad Nəsirov qeyd edib ki, Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. Dövlətlər arasında strateji tərəfdaşlığa dair 100-dən çox sənəd imzalanıb.
Xəzər dənizində "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanmasını xüsusi vurğulayan vitse-prezident nəqliyyat sahəsində də ikitərəfli əməkdaşlığın müəyyən irəliləyişi olduğunu əlavə edib.
Xatırladaq ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni "Aralıq" adlandırılıb. "Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.
1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Hər iki respublika müstəqillik əldə etdikdən sonra, bu neft-qaz yatağı onlarin arasinda mübahisə predmeti olub.
2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.
2021-ci il fevralın 25-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.