DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyaya qarşı sanksiyaların Avropa üçün acı nəticəsi: Fransanı etirazlar bürüyüb

© AFP 2024 / BERTRAND GUAYFransada etirazlar
Fransada etirazlar - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Alman həmkarlar ittifaqları assosiasiyasının rəhbəri Rayner Hoffman bildirib ki, Rusiyadan qaz tədarükünün dayandırılması aradan qaldırılması mümkün olmayan nəticələrə gətirəcək.
BAKI, 30 mart - Sputnik. Fransanı Rusiyaya qarşı sanksiyalar səbəbindən yanacağın qiymətinin artmasına qarşı etirazlar bürüyüb.
Sputnik Azərbaycan xəbər verir ki, ilk növbədə etirazlara fermerlər, taksi və TIR sürücüləri qalxıb. Bretan vilayətində 40 TIR sürücüsü vilayət paytaxtında aksiyaya çıxıb.
“Benzin üçün həftəlik xərclərin əvvəlkindən 800 avro çox olması qıcıqlandırmaya bilməz. Əgər üç aydan sonra təcili tədbirlər görülməsə, mənim və digər daşıyıcıların sonu çatacaq", - deyə etirazçılardan biri bildirib.
Marseldə isə etiraz aksiyasının iştirakçıları şəhərin bütöv bir rayonuna az qala od vuracaqdılar. Lorian və Brestdə neft anbarlarını balıqçılar, TIR sürücüləri və fermerlər qapadıblar. Onlar traktor, yük avtomobilləri ilə yanacaq daşıyan nəqliyyatın ərazidən çıxmasına imkan vermirlər.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların acı nəticələr doğuracağı qorxusu digər Avropa ölkələrində də var.
Alman həmkarlar ittifaqları assosiasiyasının rəhbəri Rayner Hoffman bildirib ki, Rusiyadan qaz tədarükünün dayandırılması aradan qaldırılması mümkün olmayan nəticələrə gətirəcək.
Rusiyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyatlardan sonra tətbiq olunan qarşılıqlı sanksiyalar Avropada enerji daşıyıcıları ilə bağlı problemlərin meydana gəlməsinə səbəb olub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0