Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qubada XXI əsrin ən böyük soyqırımlarından birinin qurbanları anıldı

© Sputnik / Leyla AbdullayevaTədbir iştirakçıları Quba soyqırım Memorial Kompleksi ziyarət ediblər
Tədbir iştirakçıları Quba soyqırım Memorial Kompleksi ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
BAKI, 30 mart — Sputnik. Qubada 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə Quba şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tərgüllər düzüblər. Sonra Quba soyqırım Memorial Kompleksi ziyarət olunub.
Elmi-praktik konfransı giriş sözü ilə Yeni Azərbaycsn Partiyası sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıb.
© Sputnik / Leyla AbdullayevaQubada 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans
Tədbir - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Qubada 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans
Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev "Soyqırım Memorial Kompleksi:"azərbaycanlılara qarşı törədilən soyqırım qan yaddaşı kimi", Baş Prokurorun birinci müavini Elçin Məmmədov "Azərbaycanlılara qarşı törədilən soyqırım cinsyətləri: istintaq və nəticələri" mövzularında məruzə ediblər.
YAP sədrinin müavni Tahir Budaqov jurnalistlərə dövlət səviyyəsində Azərbaycanın məruz qaldığı soyqırım cunayətlərinin beynəlxalq miqyasda aparılan təbliğatın uğurla davam etdiyini deyib.
© Sputnik / Leyla AbdullayevaQubada 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans
Tədbir - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Qubada 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans
Budaqov bu gün Qubada "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış"mövzusunda baş tutan elmi-parktik konfransda bildirib ki, son iki əsrdə ermənilər xalqımıza qarşı kütləvi qətlyamlar törədiib,bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlər ediblər: "31 mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azəfbaycsnlılara qarşı törətdikləri soyqırımın miqyası böyükdür".
© Sputnik / Leyla AbdullayevaTədbir iştirakçıları Quba soyqırım Memorial Kompleksi ziyarət ediblər
Tədbir - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Tədbir iştirakçıları Quba soyqırım Memorial Kompleksi ziyarət ediblər
YAP rəsmisi vurğulayıb ki, sıralarında çoxlu sayda ermənilərin cəmləşdiyi Bakı Kommunası "əksinqilabçılara qarşı mübarizə" şüarı altında 1918-ci ilin martında Bakı Quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd edib.
Erməni quldur dəstələri təkcə Bakıda deyil, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Lənkəranda, Naxçıvanda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırım törətdilər.
Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0